AŞPA-nın 3 komitəsinin və Büro iclası başlayır…

Dekabrın 9-dan 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə,  tədbirlərdə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcəklər.
İclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Azərbaycanda keçiriləcək parlament seçkiləri, Avropa Şurasının  hüdudlarının dəqiqləşdirilməsi və gücləndirilməsi, İş yerlərində dini azadlığın qorunması, Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, Seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.
Etikxeber.az

Read Previous

“Qarabağ, muğam nə vaxtdan sizin olub?” – DEPUTATDAN KƏSKİN ETİRAZ

Read Next

“Əməliyyatda meyit donordan deyil, canli donordan istifadə olunub…” – RƏŞAD MAHMUDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir