AŞPA-nın Büro və Daimi Komitə iclasları keçiriləcək…

Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro və Daimi Komitə iclasları keçiriləcək.
Etikxeber.az xəbər verir ki,  tədbirlərdə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
İclaslarda AŞPA-nın xarici əlaqələri, Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyin Gürcüstana keçməsi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
S. Seyidov gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.
Etikxeber.az

Read Previous

“Məktəbin əsas vəzifəsi vətəndaş yetişdirməkdir…”- DEPUTATDAN MƏKTƏBLİLƏRƏ ÇAĞIRIŞ – FOTOLAR

Read Next

“Bakı Parlament Platforması unikal bir platformaya cevriləcək…” – BAHAR MURADOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir