Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri-TƏSDİQLƏNDİ…YENİLƏNİB – (1)

Sabah, aprelin 30-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin pandemiyadan sonra təyin edilmiş ilk onlayn iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, onlayn iclasda Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyəti də iştirak edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibi də artıq məlumdur.

Belə ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov (nümayəndə heyətinin rəhbəri), Kamal Cəfərov (müavin) , Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa və Asim Mollazadə daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya da göndərilib.

08:45, 23:35, 29 aprel

***

Bir neçə saatdan sonra AŞPA Daimi Komitəsinin pandemiyadan sonra təyin edilmiş ilk onlayn iclası öz işinə başlayacaq.

Onlayn iclasda S. Seyidovun rəhbərlik etdiyi Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyəti də iştirak edəcək.

08:35

***

“Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri bu gün təsdiqləndi. Daimi Komitə yekdilliklə qərar verdi”.

Bunu isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli deyib.

Etikxeber.az

Read Previous

Yeni 38 yoluxma faktı-QEYDƏ ALINDI…

Read Next

Biləsuvarın sabiq icra başçısı barəsində-HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir