“AŞPA-nın komitələrinin onlayn iclaslarında ermənilər müzakirələrdən qaçdı, çünki…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Dağlıq Qarabağda qanunsuz məskunlaşma ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldik. Belə müraciətlər ünvanlandı. AŞPA Prezidentinə və Baş Katibinə də belə müraciət edildi.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

S. Səmədov deyib ki, AŞPA-nın komitələrinin onlayn iclaslarında  ermənilər bu müzakirələrdən qaçıb:

“Çünki bu, beynəlxalq cinayətdir. Ermənistan və Paşinyan dünyaya yalan danışaraq, Dağlıq Qarabağda qanunsuz köçürməni həyata keçirmədiyini deyir, bunu qondarma rejimin üzərinə atmağa çalışır. O rejim bunu həyata keçirmək imkanında deyil. Ermənilər xislətlərini dünyaya nümayiş etdirirlər”.

“Dünyada yeni növ koronavirusla (COVID-19) bağlı vəziyyət gərginləşir”-deyən S. Seyidov bildirib ki, Azərbaycanda bu sahədə vəziyyət idarə olunur:

“Bu gün metro da açılıb. Ancaq biz hamımız ehtiyatlı olmalıyıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Türkiyə ilə gələcəkdə viza rejimi tam qalxa bilər…”-SƏMƏD SEYİDOV AZƏRBAYCAN VƏ İTALİYA PARLAMENTARİLƏRİNİN QARABAĞ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏYİNİ DƏ DEDİ

Read Next

“Elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq…”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir