AŞPA-nın payız sessiyası başlayır – SENTYABRIN 30-DA

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA)  daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sözügedən  payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-dan oktyabrın 7-dək Strasburqda səfərdə olacaq.

Etikxeber.az-ın məlumatına görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova Elşad Həsənov daxildir.

qanira-aspa

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya Respublikası ilə post-monitorinq dialoqu, Moldovada demokratik institutlar, yəhudi mədəni irsinin qorunub saxlanılması və digər mövzularda müzakirələr aparılacaq.

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcək.

Tədbirlərdə MM-in deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Etikxeber.az

Read Previous

AIDA və La Plata Dövlət Universiteti arasında əməkdaşlıq imzalandı – FOTO

Read Next

Elman Rüstəmov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif olundu və… – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir