AŞPA-nın yaz sessiyası başladı…

Aprelin 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat yaz sessiyasında iştirak edir.

Sessiya müddətində AŞPA-nın son 6 ay ərzində fəaliyyətinə dair və Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulub.

Bundan başqa, sessiya çərçivəsində Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muijneksin 2016-cı il üzrə hesabatı olacaq, suallar cavablandırılacaq.

Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA komitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA bürosunun da tədbirlərinə və təşkilatın gələcək fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaq.

Etikxeber.az

Read Previous

“Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda konfrans işə başlayıb – FOTO

Read Next

“Fransada yeni prezidentin kim olmasından asılı olmayaraq…” – DEPUTATIN TƏLƏBİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir