“Atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur… Atəşkəsdən hələlik bir neçə saat keçir…Yəqin ki, bir qədər sonra vəziyyətə daha dəqiq qiymət vermək mümkün olacaq…”-CEYHUN BAYRAMOV – YENİLƏNİB

Dünənki danışıqların və qəbul olunmuş bəyanatın qiymətləndirilməsi ondan ibarətdir ki, humanitar əsaslarla atəşkəs elan olunması ilə bağlı çoxsaylı müraciətlər vardı. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Puitin də belə bir təşəbbüslə çıxış etmişdi. Biz bu təşəbbüsü yüksək qiymətləndiririk. Bilirsiniz ki, Rusiya Prezidentinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə danışıqlarında sonra Moskvada belə bir görüş baş tutub. Uzun müzakirələrdən sonra Bəyanat qəbul edilib.  

Etikxeber.az məlumat verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, məqsəd Beynəlxalq Qızıl Xaç Komitəsinin də cəlb edilməsi ilə meyitlərin, əsirlərin və tutulmuş şəxslərin mübadiləsini həyata keçirməkdir:

“Sənəddə həmçinin əlavə maddələr də var. Həmin maddələrə əsasən, Ermənistan üzərinə öhdəlik götürüb ki, danışıqların baza prinsiplərinə qayıtsın, atəşin dayandırılmasından sonra tez bir vaxtda substantiv danışıqlara başlansın. Həmçinin bəyanatda danışıqları formatının dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə də maddə var. Çünki format son vaxtlar Ermənistan tərəfindən şübhə altına alınırdı. Danışıqlar formatı deyəndə, biz danışıqların Azərbaycan və Ermənistan arasında aparıldığını nəzərdə tuturuq. Ermənistan tərəfindən hansısa üçüncü tərəfin danışıqlara cəlb olunması cəhdi Azərbaycan tərəfindən rədd edilir. Bu sənəddə biz bu məsələyə növbəti dəfə nöqtə qoyduq”.

Nazir atəşkəsin elan olunmasından bir neçə saat keçməsinə baxmayaraq, Ermənistan buna əməl etmədiyini, bir neçə istiqamətdə əks-hücuma keçməyə cəhd göstərdiklərini və Azərbaycan Ordusu tərəfindən geri oturdulduqlarını diqqətə çatdırıb:

“Bu, təəssüf doğurur. Çünki Ermənistan növbəti dəfə ikiüzlülüyünü nümayiş etdirir. Ermənistan tərəfindən atəşkəs üçün çoxsaylı müraciətlər oldu, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar da bu çağırışlarla çıxış edirdi. Lakin razılaşma qüvvəyə minəndə, atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur. Atəşkəsdən hələlik bir neçə saat keçir. Yəqin ki, bir qədər sonra vəziyyətə daha dəqiq qiymət vermək mümkün olacaq”.

***

“Status-kvonun uzun müddət saxlanmayacağı hər kəs üçün bəlli oldu. Hər kəs gördü ki, Azərbaycan uzun müddət gözləmək niyyətində deyil”-deyən C. Bayramov bildirib ki, Azərbaycan münaqişənin siyasi yolla həlinin tərəfdarıdır:

“Ancaq Azərbaycanın hər zaman münaqişəni hərbi yolla həll etmək hüququ var. Yaxın zamanda vəziyyətin gedişi göstərəcək ki, Ermənistan hansı yola üstünlük verəcək. Birmənalı şəkildə Azərbaycan öz qanuni hüquqlarını, ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Hamı üçün tam aydındır ki, Azərbaycan xalqının əzmi bu istiqamətdə çox yüksəkdir. Kimlərsə düşünürdüsə ki, bu konflikt artıq tarixdir, Azərbaycan xalqı buna daha səbrlə yanaşa bilər, səbr kasasının artıq dolması hər kəs üçün aydın oldu. Məlum odu ki, status-kvonun süni saxlanması heç kəsə fayda vemir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə  qeyd edib ki, danışıqlar davam etdiriləcəksə, konkret gündəlik və vaxt çərçivəsi olmalıdır:

“Xüsusən biz 1994-1995-ci illərdə hazırlanmış sənədlərə qayıtmalıyıq.  BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında hazırlanmış həmin sənədlərdə konkret vaxt cədvəli vardı, hansı gündə, ayda erməni qoşunlarının çıxarılması əksini tapmışdı. Minsk qrupunun səyləri də buna yönəlməlidir ki, işğal amili aradan qalxsın”.

Etikxeber.az

Read Previous

“Humanitar atəşkəs erməni tərəfinə verilən-SONUNCU ŞANSDIR”-DEPUTATIN ATƏŞKƏSLƏ BAĞLI BAXIŞI

Read Next

Atəşkəs bir daha pozuldu: Ermənistandan Mingəçevirə NATO kod adı “Scud” olan-BALLİSTİK RAKETİ BURAXILDI – HİKMƏT HACIYEV MƏLUMAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir