“ATƏT-in Minsk qrupunun həmsədrləri bu cavab verməlidir…” – MİLLƏT VƏKİLİ – RƏYLƏR

Paşinyanın son açıqlamaları və sərsəm bəyanatları onun beynəlxalq hüquqdan xəbəri olmadığını və siyasi meydanda təcrübəsiz olduğunu göstərir

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Azər Badamov deyib.

O, bildirib ki, Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş 7 rayon Azərbaycan torpaqlarıdır:

“İşğal altındakı bu ərazilərin Azərbaycana aid olduğunu beynəlxalq ictimaiyyət də tanıyıb. Torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağılı BMT-nin 4 qətnaməsi qəbul olunub. Digər beynəlxalq təşkilatlarda da qəbul olunmuş qətnamə və qərarlarda da Azərbaycanın ərazi bütövlüyü tanınır. Münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçilik edirlər.

Həmsədrlər müəyyən məsələləri razılaşdıraraq danışıqlar prosesini aparırlar. Amma Paşinyanın son bəyanatları Minsk qrupunun fəaliyyətini heçə endirir. Belə bir fon yaradır ki, o heç kimlə hesablaşmır. Paşinyanın sərsəm bəyanatları onun beynəlxalq təşkilatların fəaliyyətlərini tanımadığını göstərir”.

Deputatın sözlərinə görə, Paşinyanın təxribatçı bəyanatları müharibəni qaçılmaz edir:

“Azərbaycan heç vaxt öz torpaqlarında erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu gün Azərbaycanın kifayət qədər iqtisadi və hərbi gücü mövcuddur ki, öz ərazilərini işğalçılardan azad etsin. Lakin Azərbaycan beynəlxalq normalarına və təşəbbüslərinə hörmətlə yanaşdığından danışıqlar prosesində iştirakına davam etdirir.

Paşinyanın bir-birinə zidd və danışıqların ruhuna uyğun olmayan təxribatçı açıqlamaları isə Azərbaycana imkan yaradır ki, hərbi gücümüzü işə salaq və ölkəmizin pozulmuş hüquqları bərpa edək. Əslində Paşinyanın ifadələri Ermənistandakı ağır siyasi-iqtisadi durumdan hiddətlənmiş erməniləri sakitləşdirmək mahiyyəti daşıyır.

Bütün bunlarla yanaşı, əgər Paşinyan müharibə istəyirsə, biz onu təşkil edəcəyik və bu müharibə münaqişəni kökündən həll edəcək”.

azer badam-1

SEVINNNNC-1

Millət vəkili Sevinc Fətəliyeva da hesab edir ki, Paşinyanın bir müddət öncə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi fikirlər, o cümlədən Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi rəsmi Yerevanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti təsdiqidir.

S. Fətəliyeva bildirib ki, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədir, onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etməsi formasında pərdələməyə çalışır, müxtəlif bəhanələrə əl atırdı:

“Bundan əvvəl Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və müdafiə naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etmişdilər. N.Paşinyan və Ermənistanın digər yüksəkvəzifəli şəxslərinin bu kimi açıqlamaları bütövlükdə Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur”.

Deputat qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir:

“Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə, Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır.

Paşinyanın bəyanatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir”.

S.Fətəliyeva vurğulayıb ki, Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir. Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir.

“Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb.

Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir.

Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.

Etikxeber.az

Read Previous

İlk qələbəsini son dəqiqələrdə qazanan – “QALATASARAY” – FOTO

Read Next

Biləsuvar və Hacıqabulda ağır yol qızası: 5 ÖLÜ, 4 YARALI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir