ATƏT PA-nın fəaliyyəti təkmilləşdiriləcək – TƏKLİFLƏRƏ BAXILACAQ

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün dekabrın 4-də İtaliyanın Milan şəhərinə səfərə gedəcək.

Etikxeber.az xəbər verir ki, Büro iclasında ATƏT PA-nın 2019-cu il üçün prioritet fəaliyyət istiqamətləri, Assambleyanın qış və yay sessiyalarının, eləcə də nəzərdə tutulmuş digər iclaslarının gündəliyinə aid məsələlər və aktuallıq kəsb edən digər mövzular  müzakirə olunacaq.

İclasda həmçinin ATƏT Parlament Assambleyasının fəaliyyətini təkmilləşdirmək və institusional səviyyədə yeni təcrübələri tətbiq etmək məqsədilə qurumda keçirilməsi nəzərdə tutulan islahatlara  dair təkliflərə və qurumun seçki müşahidə missiyalarının prosedur qaydalarına dəyişikliklərin edilməsi məsələsinə baxılacaq.

AZAY-TEKLIF

ATƏT-in Nazirlər Şurasının 25-ci iclasında bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq.

A. Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək.

Səfər dekabrın 8-də başa çatacaq.

Etikxeber.az

Read Previous

“River Pleyt” Madriddə “Libertadores” kubokunun final matçından imtina etdi…

Read Next

Paris BMT TŞ-də daimi üzv statusunu Aİ nümayəndəsi statusuna güzəştə gedəcəkmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir