ATƏT PA-nın qış sessiyası başlayır – GƏLƏN HƏFTƏ

Fevralın 22-23-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası keçiriləcək.

Etikxeber.az təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, sessiyadakı müzakirə və təqdimatlarda əsas mövzular iqlim dəyişiklikləri və onun nəticələrinə qarşı mübarizədə uzunmüddətli strategiyaların işlənib hazırlanması, “saxta xəbərlər” (“fake news”) zəmanəsində demokratiyanın mühafizə edilməsi, silahlara nəzarət, onların ləğvi və yayılmaması, miqrasiya, terrorizmə qarşı mübarizəyə həsr olunacaq.

ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminqer, ATƏT-in fəaliyyətdə olan sədri İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola sessiyanın açılış iclasında çıxış edəcəklər.

azay-bahar

Sessiya çərçivəsində üç baş komitədə təhlükəsizlik siyasəti, iqtisadiyyat, ətraf mühit və eləcə də insan haqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq, sessiyanın yekununda hər üç komitənin birgə iclası keçiriləcək.

ATƏT-ə üzv olan 57 ölkədən 300-dək artıq parlamentarinin qatılacağı sessiyada ölkəmizi Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Sessiya parlamentarilərə qurumun rəsmiləri ilə ATƏT məkanındakı ən son proseslər ətrafında dialoq aparmaq, həmçinin digər mövzularda müzakirələr etmək və bir sıra məsələləri nəzərdən keçirilməyə imkan verəcək. Sessiya həmçinin qarşıdan gələn illik sessiyada qəbul ediləcək qərar layihələrinin müzakirəsi üçün mühüm platformadır.

Etikxeber.az

Read Previous

“Maraqlı tərəflər Azərbaycanın təcrübəsindən bəhrələnə biləcəklər…” – DEPUTAT – FOTO

Read Next

Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir