Atəşkəs elan olunur-BU GÜN SAAT 12:00-DAN…-YENİLƏNİB

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.

Etikxeber.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edib.

Görüş 10 saatdan artıq davam edib.

Görüşün yekunu ilə bağlı birgə Bəyanatı Rusiyanın xarici işlər naziri S. Lavrov açıqlayıb.

Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin çağırışına cavab olaraq və Putinin Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan baş naziri Nikol Paşinyanla əldə etdiyi razılıqlara müvafiq olaraq bu gün Azərbaycan və Ermənistan tərəfi aşağıdakılar üzrə razılığa gəliblər.

Razılığa əsasən, Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur.

Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

2740268 11/18/2015 Russian Foreign Affairs Minister Sergei Lavrov at a news conference on the results of his Moscow meeting with Minister of Foreign Affairs and Emigrants of Lebanon Gebran Bassil. Iliya Pitalev/Sputnik

Həmçinin Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır.

Qəbul edilmiş sənədin 4-cü bəndinə görə, tərəflər danışıqlar prosesinin formatının dəyişməzliyini təsdiqləyir.

***

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin yaydığı məlumatı da diqqətə çatdırırıq:

“Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanatda Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.

Onu da qeyd edək ki, atəşkəs qərarı Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Böyük əksəriyyət döyüş əməliyyatlarının, ikinci Vətən müharibəsinin sonacan-Qələbəyəcən davam etdirilməsini istəyir.

Etikxeber.az

Read Previous

“İndi biz ərazilərimizi azad etdikdə orada baş verənlərə dair videolar mövcuddur…Hər şey məhv edilib, sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın vəziyyətindən daha da pisdir…”-PREZİDENTİN “SKY NEWS”-Ə MÜSAHİBƏSİ – FOTOLAR

Read Next

“Xocalı istiqamətindən Hadrut yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulur…Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilir”-MN – DÜŞMƏN YENƏ GORANBOY, TƏRTƏR, FÜZULİ, AĞDAM VƏ AĞCABƏDİNİ ATƏŞƏ TUTUR – YENİLƏNİB – (1) – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir