Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib.
Etikxeber.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
18:02
***
MN növbəti məlumat yayıb.
Məlumatda deyilir:
“Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.
Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.
Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.
Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir”.
19:38
***
Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini atəşə tutur.
Bu haqda MN məlumat verib.
20:09
***
Düşmənin daha bir artilleriya batareyası məhv edilib.
Bu barədə MN-dən bildirilib.
20:45
***
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutur.
Bu barədə MN məlumat yayıb.
Etikxeber.az