“ATƏT-in Minsk qrupu həmsədrləri də ortaq bəyanat verərək…” – POLİTOLOQ

“Sabah nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil. ATƏT-in Minsk qrupu həmsədrləri ortaq bəyanat verərək, cəbhə bölgəsindəki vəziyyətdən narahat olduqlarını bəyan edəcəklər…”

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Rusiya XİN-nin ayrıca bəyanatı da mümkündür.

“Üstəgəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov gərginliyin azalması üçün azərbaycanlı və erməni həmkarını Moskvada bir araya gətirməyə çalışacaq.

Yəni, apreldən sonra gördüklərimiz təkrarlanacaq. Nəticə isə həmişəki kimi olacaq.

Onsuz da açıqlamalarında xeyli diqqətli olan nazir Elmar Məmmədyarov son zamanlar görüşlərdən çıxandan sonra “optimizmim yoxdur” ifadəsini tez-tez səsləndirir…”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Rusiya amili və Ermənistanın digər havadarları olmasa…” – Millət vəkili Xocalı soyqırımından və cəbhədəki gərginlikdən yazdı

Read Next

Xocalı soyqırımından 25 il keçir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir