ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə telefonla danışdı-SƏRHƏDDƏKİ GƏRGİNLİK MÜZAKİRƏ OLUNDU – YENİLƏNİB – (1)

Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN)  Etikxeber.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

***

Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.

Bu barədə Ann Linde “Twitter” hesabında bildirib.

“Bu gün Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət barədə danışdım. ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxından izləyir”-deyə, ATƏT sədri qeyd edib.

22:06

***

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

XİNpin Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Etikxeber.az

Read Previous

Binəqədinin İkinci Vətən Müharibəsi İgidləri, Qəhrəmanları və Şəhidləri-VAHİD ABBASOV VƏ ƏLİ BAYRAMOV… – FOTOLAR

Read Next

XİN Ermənistan-Azərbaycan sərhəddindəki gərginliklə bağlı-AÇIQLAMA YAYDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir