ATƏT və Avropa İttifaqı Ermənistandakı vəziyyətdən-NARAHATDIR…

Avropa İttifaqı (Aİ) Ermənistandakı hadisələri çox yaxından izləyir.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Aİ-nin yaydığı bəyanatda qeyd olunub.

Aİ Ermənistan ordusunu konstitusiya ilə müəyyən edilən səlahiyyətləri çərçivəsində davranmağa çağırıb.

“Avropa İttifaqı Ermənistandakı hadisələri çox yaxından izləyir. Biz bütün tərəfləri sakitləşməyə və vəziyyəti daha da gərginləşdirəcək ritorika və ya hərəkətlərdən çəkinməyə çağırırıq. Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir. Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır. Demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur” – deyə, bəyanatda bildirilib.

Eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.

Bu barədə Ann Linde “Twitter”də bildirib.

“Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram. Vəziyyət zorakılıq olmadan həll olunmalıdır” – deyə, İsveç XİN başçısı qeyd edib.

Etikxeber.az

Read Previous

“Heç bir yan təsiri olmadı, özümü çox yaxşı hiss edirəm…”-KAMİLƏ ƏLİYEVA – FOTO

Read Next

Qarabulaq, Moşxmaat, Şuşakənd, Muxtar, Daşaltı, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq-XOCALININ İŞĞALDAN AZAD OLUNMUŞ KƏNDLƏRİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir