Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xanəndə, sevilən Sənətkar, Əməkdar artist, əslən Xocavənd-Ağdamlı olan Sevinc Sarıyevanın atası Ərşad kişi Birinci Vətən Müharibəsi zamanı-ötən əsrin 90-cı illərində ilyarım erməni əsirliyində olub.
Etikxeber.az xəbər verir ki, bu barədə müğənni özü ARB kanalında yayımlanan “Həmin Zaur”da məlumat verib.
“Atam Birinci Vətən Müharibəsi zamanı ilyarım erməni əsirliyində olub…Özü bu barədə danışmağa xoşlamırdı…Çünki çox əzablar, əziyyətlər çəkmiş, işgəncələr görmüşdü…Sinəsinə dağ basılmışdı…Çox ağır, çox çətin günlər yaşamışıq…İndi o vaxt yaşadıqlarımızı yavaş-yavaş yazıram, qələmə alıram…Gələcəkdə bunları bir kitab-memuar halında dərc etdirməyi nəzərdə tuturam…”-deyə, o sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az