“Atambayev erməni məsələsində Azərbaycana və Türkiyəyə qarşı çıxmaqla Gülənin qisasını alır” – MİRZƏBƏYLİ

“Qırğızıstan prezidenti Aslanbek Atambayevin İqtisadi əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnaməyə münasibətdə sərgilədiyi mövqe onun Azərbaycana və Türkiyəyə fətullahçı yanaşmasından qaynaqlanır”.

Etikxeber.az xəbər verir ki, bunu “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

O, qeyd edib ki, qırğızıstanlı jurnalist həmkarlarından və müstəqil ekspertlərdən aldığı məlumata görə, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra təxminən 20 min nəfərə yaxın Gülən tərəfdarı Qırğızıstanda sığınacaq tapıb. Onların əksəriyyəti fətullahçı terror qrupunun fəal üzvləri və biznes strukturlarına rəhbərlik edən şəxslərdir. Atambayev və ətrafı FETÖ-çuların Qırğızıstanda bisnes qurmaları üçün bütün imkanları yaradıb.

“Tikinti, turizm və nəqliyyat sektorunun qapıları tamamilə FETÖ-çuların üzünə açılıb.
Qırğızıstanda Gülənçilərə məxsus 16 “Sebat” məktəbi əvvəllər olduğu kimi fəaliyyət göstərir. “Sebat” məktəbləri şəbəkəsinin ümumi dəyəri 100 milyon ABŞ dollarından artıqdır. Hazırda bu məktəblərdə 11 339 nəfər təhsil alır.


1996-cı ildən etibarən “Sebat” məktəblərində 11 834 nəfər təhsil alıb. Onların böyük əksəriyyəti Atambayevin komandasında təmsil olunur və dövlət strukturlarında 2-ci, 3-cü dərəcəli postları tuturlar.
Bu baxımdan, Aslanbek Atambayevin son davranışı məni qətiyyən təəccübləndirmədi.

Atambayev erməni məsələsində Azərbaycana və Türkiyəyə qarşı çıxmaqla Gülənin qisasını alır”-deyə, o, sözlərinə əlavə edib.

elcim mirze

Etikxeber.az

Read Previous

ATƏT-in Daimi Şurasının iclasında Ermənistana diplomatik təzyiq göstərilməsinə çağırış edildi

Read Next

Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyəti açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir