Atambayevin saxlanıldığı rəsmən təsdiqləndi – YENİLƏNİB – (1)

Mandatory Credit: Photo by IGOR KOVALENKO/EPA-EFE/Shutterstock (10323055d) Ex-president of Kyrgyzstan Almazbek Atambayev, and his supporters are present at a meeting with journalists in the village of Koy-Tash near Bishkek, Kyrgyzstan, 27 June 2019. Deputies of the Kyrgyz parliament today lifted the immunity and status of Ex-President from Almazbek Atambayev. Kyrgyz EX President Almazbek Atambayev, Bishkek, Kyrgyzstan – 27 Jun 2019

Hüquq mühafizə orqanlarının və güc strukturlarının əməkdaşları Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığında yerləşən Koy-Taş kəndindəki iqamətgahının ərazisinə girməyə nail olublar.

Etikxeber.az xəbər verir ki, bu barədə TASS agentliyinə sabiq dövlət başçısının qərargahından məlumat veriblər.

“Atambayevin tərəfdarlarının müqavimətinə baxmayaraq, güc strukturlarının əməkdaşları iqamətgahın ərazisinə girə biliblər” – deyə? qərargahın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hücumda iki mindən çox milis nəfəri və xüsusi təyinatlı döyüşçü iştirak edir. Onlara Atambayevin 300-400 nəfərə yaxın tərəfdarı müqavimət göstərir.

Agentliyin həmsöhbəti iqamətgahın ərazisində yanğın başladığını təsdiqləyib. Koy-Taş kəndinə gedən bütün avtomobil yolları milis tərəfindən blokadaya alınıb. Rayonda mobil rabitə və internet bağlanıb.

Korrupsiyada ittiham olunan və toxunulmazlıq hüququndan məhrum edilən sabiq prezident Almazbek Atambayevin tutulması üzrə əməliyyat avqustun 7-də başlayıb. Lakin onun Koy-Taş kəndindəki tərəfdarları müqavimət göstəriblər, əməliyyatın gedişində bir xüsusi təyinatlı döyüşçü həlak olub, 52 nəfər yaralanıb. İrəli sürülən bütün ittihamları rədd edən sabiq prezidenti tutmaq mümkün olmayıb.

***

Almazbek Atambayev saxlanılıb. 

“İnterfaks”ın verdiyi xəbərə görə isə  sabiq prezident özü təslim olub.

Qırğızıstan Sosial Demokrat Partiyasının nümayəndəsi Kunduz Joldubayeva və  Atambayevin tərəfdarı Fərid Niyazov sabiq Prezidentlə birlikdədir.

Keçmiş prezidentin hara aparıldığı haqda isə hələlik dəqiq məlumat yoxdur.
***

Qırğızıstanın Daxili İşlər Nazirliyi sabiq prezident A. Atambayevin saxlanılması barədə rəsmi açıqlama yayıb.

Açıqlamada Atambayevin “məcburi qaydada” saxlanıldığı bildirilib.

Məlumata görə, sabiq prezidentin saxlanılması əməliyyatı itkisiz ötüşüb.

 “Milis əməkdaşları Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ilə birgə keçirdikləri əməliyyat zamanı Atambayev məcburi qaydada saxlanılıb. O, sonrakı tədbirlərin icrası üçün aidiyyəti orqana təhvil veriləcək”-deyə, açıqlamada bildirilir.

Qeyd edək ki, xüsusi əməliyyata Qırğızıstanın daxili işlər naziri Kaşkar Cunuşaliyev rəhbərlik edib.

Atambayev DİN rəhbərliyi ilə aparılmış danışıqlardan sonra hüquq-mühafizə orqanlarına təslim olub.

Etikxeber.az

Read Previous

Bu dəfə Balakəndə zəlzələ baş verdi…

Read Next

58 min 258-dən 42 min 62 nəfəri – TƏLƏBƏ ADINI QAZANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir