“Atambayevin bu addımı başadüşülən deyil…”- RƏSMİ BAKIDAN TƏPKİ

“İqtisadi əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnamədə əsas məsələ ölkələrin özlərinin iqtisadi inkişafını daha yüksəyə qaldırması üçün mühüm addımların atılması və ölkələri narahat edən müəyyən məsələlərin beynəlxalq hüquq və norma və prinsipləri əsasında həlli məsələsi ortaya qoyulub”.

Etikxeber.az-ın məlumatına görə, bu sözləri Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, bu qərar layihəsində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe idi.

Novruz Mammadov

“Bununla bağlı üzv dövlət səs verdilər. Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirib, qətnaməyə qoşulmadı. Bu, bizi təəccübləndirdi. Bu qədər işlər, ölkələrin qarşıya qoyduğu vəzifələr qarşısında bu addımın atılması başadüşülən deyil. Biz həmişə bu ölkə ilə əməkdaşlıq edirik və edəcəyik. Müəyyən məsələlərdə yardımlarımız da olub.

Bu qətnamədə qeyri-adi heçə yoxdur. BMT-nin tələb etdiyi prinsiplərdir. Qətnamədə ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin  beynəlxalq hüquq və prinsiplər əsasında həlli məsələsi qoyulub. İndiki dövrdə dövlət başçıları müdrik və uzaqgörən olmalıdır.

Azərbaycan prezidentinin Brüsseldə görüşlərdə də qeyd olundu ki, təəssüf ki, indiki zamanda yaxşı dövlət rəhbəri məsələsi defisitə çevrilib. Həqiqətən də dünyada müdrik dövlət başçısı problemi var. İndiki mürəkkəb şəraitdə, gərginlikdə heç bir dövlət müəyyən problemlərdən sığortalana bilməz. Bunu nəzərə alıb müdrik və uzaqgörən olmaq lazımdır” – deyə, PA rəsmisi vurğulayıb.

novruz

Etikxeber.az

Read Previous

“Bu şərəfsiz erməni xalqı arını yeyib, namusunu çölə atıb!” – AYBƏNİZ HAŞIMOVA

Read Next

Bəzi yerlərdə yağış, qar yağacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir