“Atambayevin itirəcəyi heç nə qalmayıb, ölkəsini…” – POLİTOLOQ

Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq. Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

eks-1

Onun sözlərinə görə, baş verənlərə Kremlin mövqeyi maraqlıdır-Qırğızıstanın həm hazırkı, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışırdılar.

yoo

almazbek

atambay-1

“Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə, böyük ehtimalla Qırğızıstanın hazırki prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Putin qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir.

Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik.

eks

Atambayevin neytrallaşdırması Türkiyənin də maraqlarına cavab verir. Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. 

eski-cumhubaskani-almazbek-atambayev-gozaltina-alindi

Hazırki prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Droqba Kot-d’İvuar Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd ola bilər…

Read Next

Özünüməşğulluğa cəlb olunmuşlardan geri alınmış əmlak açıq hərracda satılacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir