“Atamın komandasında yer almayacam” – TRAMPIN QIZI

Donald Trampın  qızı atasının komandasında yer almayacağını bəyan edib.
Etikxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Trampın 35 yaşlı qızı İvanka atasının komandasında yer almayacağını bir daha  bəyan edərək, sadəcə, “atasının qızı” olaraq qalacağını vurğulayıb.
O, bu barədə CBS telekanalına açıqlamasında deyib.
Bununla belə, İ. Tramp Amerika cəmiyyətində bir sıra problemlərin olduğunu və onun həllinin vacibliyini də dilə gətirib.
“Mən hələ seçki kampaniyası dövründə bir sıra problemlərin olduğunu dilə gətirərək, onların həlli istiqamətində mübarizə aparacağımı demişəm. Bunlar kişi və qadınların əməkhaqqılarının bərabər olması, uşaqlara baxmaq və sairədir. Bunlar mənim üçün əhəmiyyətli məsələlərdir. Bundan əlavə,  təhsilıə bağlı çox narahatçılıqlarım var.  Digər məsələlər də var ki, onlar məni ciddi narahat edir və onların həllini gözləyirəm. Bütün bu dediklərimə baxmayaraq, mən atamın administrasiyasında hər hansı bir post tutmaq istəmirəm və dediklərim də bu anlama gəlməməlidir”– deyə, İ.Tramp bəyan edib.
D.Tramp özü isə bir müddət əvvəl bəyan edib ki,  biznes aktivlərini İvanka və Erikə verəcək, həmçinin, onları hakimiyyətdəki komandasına daxil edəcək.
Onu da qeyd edək ki, İ.  Tramp  sabiq fotomodel olsa da, hazırda iş adamıdır.
Bununla yanaşı, onun  atası üzərində böyük təsirə malik olduğu bildirilir.
M.B
Etikxeber.az

Read Previous

Putin Rusiya və Ermənistan qoşunlarını birləşdirdi…

Read Next

Azərbaycan-Rusiya sərhədində avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb – Komitə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir