Atasını Şəhidliyindın az öncə itirən, evin-ailənin tək övladı-YUSİF BUDAQOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR – BU GÜN ONUN 24 YAŞI TAMAM OLUR…

Bu gün Bakının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı Yusif Ramiq oğlu Budaqovun doğum günüdür.

Onun bu gün, 11 oktyabr tarixində 24 yaşı tamam olur və Şəhidin Cənnətdəki ilk ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Yusif Budaqov 1997-ci ilin 11 oktyabrında Bakı şəhərində dünyaya gəlib.

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, dizayn üzrə kollec təhsili alıb…

İkinci Vətən Müharibəsindən bir neçə gün öncə isə təlimə və səfərbərliyə cəlb olunub…

Müharibə başlayan kimi də, döyüşlərdə iştirak edib…

23 yaşını da oktyabrın 11-də müharibədə-səngərdə, güllə, mərmi yağışları altında döyüş yoldaşları ilə birlikdə qeyd edib…

Doğum günündən bir neçə gün sonra isə Yusifdən xəbər almaq mümkün olmayıb…

Və Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayında) həlak olan Şəhidimizin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib…

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, iki medalla təltif olunub…

Qeyd etdiyimiz kimi, Yusif ailənin tək-yeganə övladı olub…

Atasını da Şəhidliyindən az öncə itirib…

Hazırda anası Lətafət xanım kirayədə və tək-tənha yaşayır…

***

Cənnətdəki ilk ad günü ilə bağlı bu gün Yusif Budaqovun məzarı ziyarət olunacaq.

Ziyatətdə Şəhidin anası, yaxınları, Bakının Səbail rayonundan olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblillər tərəfindən şeirlər səsləndiriləcək, çıxışlar ediləcək.

Cənnətdək ilk ad günü, mövludu mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin tək oğlu, 3 övlad atası, nəşi 11 gündən sonra dəfn olunan-ŞƏHİD NOFƏL NURİYEVİN ANIM GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Tarixən torpaqlarımızı itiriə-itirə gəlmişk, amma 44 günlük müharibə və Şəhidlərimizin qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüzü təmin, torpaqlarımızı azad etmişik…”-Məhərrəm Qulioyev – Evin tək və nişanlı oğlu, iki medallı, Şəhid ailəsindən olan-ŞƏHİD KƏNAN ƏLƏKBƏRLİNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir