Atasını vaxtsız itirən, ailənin tək və subay oğlu olan-MİNGƏÇEVİRLİ ŞƏHİD RÜSTƏM MƏMMƏDOVUN TORPAĞA TAPŞIRILMASINDAN İKİ İL ÖTDÜ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Mingəçevirin (həm də Göyçayın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rüstəm İbrahim oğlu Məmmədovun Anım Günüdür.

Rüstəm Məmmədovun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından iki il keçir.

Etikxeber.az-ın xəbərinə görə, evin-ailənin iki övladından biri və tək oğlu olan Rüstəm Məmmədov 1998-ci ilin avqustun 10-da anadan olub.

Atasını vaxtsız itirən Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, qulluğa başlayıb, sentyabrın 27-dən də döyüşlərə atılıb.

Qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhid olub.

Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız noyabrın 22-də nəşini əldə etmək mümkün olub və nəşi elə həmin gün Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”“Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları  və bu ilin noyabr ayının 5-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Rüstəm Məmmədov həm də subay idi.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanında Rüstəm Məmmədovun məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarrı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra anasının yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.

Ziyarətdə və Anım mərasimində Şəhidin anası, bacısı, yaxınları, Mingəçevir  və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anları, Qazilər, hərbçilər, din xadimləri, Mingəçevir və Göyçayın İcra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:30

***

FOTOLAR:

13:48

***

Kamil HƏMZƏOĞLU HƏMİDOV

Etikxeber.az

Read Previous

İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini-QƏBUL ETDİ – FOTO

Read Next

Yolların yenidən qurulmasına 4,23 milyon manat ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir