Atasını vaxtsız itirən… Anası ilə kirayədə yaşayan…Evin tək-yeganə övladı-ŞƏHİD YUSİF RAMİQ OĞLU BUDAQOV… – FOTOLAR

Oktyabrın 11-də anadan olan və oktyabrın 31-də nəşi torpağa tapşırılan Şəhidimiz…

***

Daha bir Nur üzlümüz, daha bir İgidimiz, daha bir Qəhrəmanımız…

Daha bir İkinci Vətən Müharibəsi Şəhidimiz…

Bakılı balası Yusif Ramiq oğlu Budaqov…

Bugünlərdə Şəhid ailələrini növbəti ziyarət zamanı “İçərişəhər” metrostansiyası yaxınlığında yaşayan (yaşamış) Yusif Ramiq oğlu Budaqovun ailəsinə, oğlunu və həyat yoldaşını itirmiş acılı, kədərli Lətafət Budaqovaya da baş çəkdik…

1997-ci ilin 11 oktyabrında dünyaya gələn Yusif evin, ailənin tək-yeganə övladı olub…

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, dizayn üzrə kollec təhsili alıb…

İkinci Vətən Müharibəsindən bir neçə gün öncə isə təlimə və səfərbərliyə cəlb olunub…

Müharibə başlayan kimi də, döyüşlərdə iştirak edib…

23 yaşını da oktyabrın 11-də müharibədə-səngərdə, güllə, mərmi yağışları altında döyüş yoldaşları ilə birlikdə qeyd edib…

Doğum günündən bir neçə gün sonra isə Yusifdən xəbər almaq mümkün olmayıb…

Və Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayında) həlak olan Şəhidimizin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib…

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, iki medalla təltif olunub…

Qeyd etdiyimiz kimi, Yusif ailənin tək-yeganə övladı olub…

Atasını da Şəhidliyindən az öncə itirib…

Və çox təəssüflər olsun ki, Şəhidimizin ailəsi kirayədə yaşayıb və həm həyat yoldaşını, həm də gözünün ağı-qarası – tək övladını-Yusifi itirən Şəhid anası Lətafət xanım bu gün də çox şəraitsiz, darısqal bir evdə kirayə yaşamaqda davam edir…

Çox acı, çox üzücü bir mənzərə…

Bugünədək də Şəhid anası ilə düz-əməlli maraqlanan-ev məsələsinə köməklik göstərən yoxdur…

Çox-çox təəssüflər…

Və bir xanım üçün həm vaxtsız şəkildə həyat yoldaşını, həm də üstəlik tək övladını itirmək çox ağır və çətindir…

Allah bu dərdi, bu ağır yükü daşımaq üçün Lətafət xanıma dözüm, güc, qüvvət versin…

Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında ehtiramla baş əyir, anası-Lətafət xanıma da bir daha səbr arzulayırıq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

14.05.2021

Etikxeber.az

Read Previous

Dövlət sərhədinin pozulması nəticəsində həlak olan hərbçilər Tovuz və Qubada-DƏFN EDİLDİLƏR – YENİLƏNİB

Read Next

Zəif duman olacaq, mülayim cənub küləyi əsəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir