Atasını vaxtsız itirmiş, evin yeganə övladı, 11 ayın bəyi olmuş, tək oğlu Vətənə əmanət qalmış və yataqxanada yaşamış Şəhidimiz- ƏLİ NƏSİB OĞLU RZAYEV… – ŞƏHİD AİLƏSİNİN EV MƏSƏLƏSİ HƏLLİNİ TAPACAQMI?

Əli Nəsib oğlu Rzayev…

Mingəçevirin İkinci Vətən Müharibəsi iştirakçılarından, Qəhrəmanlarından və Şəhidlərindən biri…

İkinci Qarabağ Savaşında, tarixi Qələbə və Zəfərimizdə əməyi, zəhməti, xidməti olan Vətən sevdalısı…

Əli 1992-ci ilin iyulun 9-da Mingəçevirdə-sadə bir ailədə dünyaya gəlib…

Evin, ailənin tək-yeganə övladı olub…

2010-cu ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib, Vətənə xidmət borcunu yerinə yetirib, yenidən evinə, ailəsinə dönüb…

Müxtəlif sahələrdə, peşələrdə çalışıb…

27 yaşında, 2019-cu ilin noyabrın 12-də Gülü adlı qızla evlənib…

2020-ci ilin iyunun 30-da Hüseyn adlı övladı dünyaya gəlib…

Amma oğlunun üzünü də doyunca görməyib, İkinci Vətən Müharibəsi başlayan gündən MAXE kimi (cəmi bir ay imiş ki, MAXE kimi fəaliyyət göstərirmiş) döyüşlərə atılıb…

Döyüşüb, vuruşub və Ağdərə istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 6-da qəhrəmancasına həlak- Şəhid olub…

Ancaq nəşini 4 gün sonra götürmək mümkün olub və oktyabrın 10-da nəşi Mingəçevirə gətirilib, oktyabrın 11-də isə Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub…

Ölümündən sonra iki medalla, “Vətən uğrunda” “Ağdərənin azad olunmasına görə” medalları ilə təltif olunub…

Atasını vaxtsız itirən, bəyliyi cəmi 11 ay çəkən İgidimiz, Şəhidimiz uzun illər yataqxanada yaşayıb…

11 ayın gəlini olmuş, 19 yaşından dul qalmış 2001-ci təvəllüdlü həyat yoldaşı və 11 aylıq körpəsi də yataqxanada yaşayır…

Çox təssüflər olsun ki, Şəhid ailəsinin problemləri, xüsusilə, ev problemi ilə düz-əməlli maraqlanan da yoxdur…

Həm də çox əfsuslar olsun ki, Şəhidimizin qırxından sonra anası da onları tərk edib, taleyin ümidinə buraxıb gedib…

İnanmaq istərdik ki, 19 yaşında həyatının ən böyük zərbəsini almış Şəhid xanımının, Şəhid ailəsinin problemlərinə, xüsusilə, ev, mənzil məsələsinə diqqətlə, həssaslıqla yanaşılacaq, gərəkən münasibət göstəriləcək və problemləri yoluna qoyulacaq…

Allah Şəhidimizə, İgidimizə qəni-qəni rəhmət, məkanını cənnətlik etsin, anasına, boynubükük həyat yoldaşına səbr, dözüm versin və hələ ata nə demək olduğunu bilməyən balasına kömək olsun!

Atasının torpağı sanı yaşasın-balaca Hüseynimiz!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 92 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Read Next

“Müharibə, aclıq, qorxu, ailəsizlik, təhsilsizlik və bunun fonunda böyüməyə çalışan 1 milyard uşaq!”- JALƏ ƏLİYEVA BUNU MDB PA-NIN MONİTORİNQ İNSTİTUTUNUN BAKI FİLİALININ KONFRANSINDA SƏSLƏNDİRDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir