Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Yasamal rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İsa Məhərrəm oğlu Məhərəmmovun Anım Günüdür.
İsa Məhərrəmovun bu gün Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Dörd ildir ki, Məhərrəmovlar ailəsi İsasız günlər yaşayır.
Etikxeber.az xəbər verir ki, İsa Məhərrəm oğlu Məhərrəmov 1999-cu ilin 15 fevral tarixində Bakı şəhərinin Yasamal rayonunda, Dağlı məhəlləsində-sadə bir ailədə dünyaya göz açıb…
Ailənin iki oğlan övladından biri olub…
Ondan üç yaş böyük olan qardaşı İsmayıl hazırda ailəlidir…
İsa 2005-2016-cı illərdə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 52 saylı tam orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən sonra Bakı Kooperasiya və Biznes Kollecinə daxil olub…
Sonra təhsilini yarımçıq qoyub, 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb…
Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissədə qulluq edib…
Azərbaycan Ordusun Əsgəri kimi uğurlu Günnüt əməliyyatının iştirakçılarından olub…
2019-cu ildə Əsgərliyini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb…
Müxtəlif sahələrdə işləyib, çalışıb, ailəsinə dəstək olmağa çalışıb…
Eyni zamanda, təhsilini davam etdirib, ancaq təhsilini başa çatdıra bilməyib…
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub…
Sentyabrın 27-dən isə İkinci Vətən Müharibəsində, döyüşlərdə iştirak edib…
Şərəfli döyüş yolu 23 gün çəkib…
Cəmi 50 yaşında xəstəlikdən dünyasını dəyişən atasının qırx mərasimindən cəmi bir gün sonra, oktyabrın 19-da Qubadlı istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Elə axırıncı dəfə də atasının qırxı günü qardaşı və anası Kəmalə xanımla danışıb…
Nəşi iki gün sonra Əbədiyyətə uğurlanıb və hazırda İkinci Şəhidlər Xiyabanında uyuyur…
Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…
Ancaq anası Kəmalə xanım övladının həm “Qubadlının azad olunmasına görə” medalı, həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını, o cümlədən İsanın adının, xatirəsinin əbədiləşdirilməsini, Bakı küçələrindən birinə onun adının verilməsini istəyir…
21 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub…
O, eyni zamanda, 52 saylı məktəbin üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az