Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Balaca Fəxrəddin…
Şəhid balası…
Xaçmazlı, Xudatlı, Vətən sevdalısı, peşəkar hərbçi, Çavuş, 4 medallı Şəhidimiz Fəxrəddin Fərəcovun Vətənə əmanət balası…
İki oğul övladından biri-balacası
Şəhidliyindən aylar sonra, 2021-ci ilin aprelin 20-də dünyaya gələn gələn və adını daşıyan Fəxrəddini…
Nə ata balasının, nə də bala atasının üzünü gördü…
Və bu gün ata həstətli balaca Fəxrəddinin ad günüdür, 1 yaşı tamam olur…
Bu gün balaca Fəxrəddinin 1 yaşının tamam olması ilə bağlı Xudatda yerləşən “Çoban bulağı” restoranında məclis, iftar süfrəsi düzənlənib…
Məclidə Şəhidin xanımı Xəyalə, övladları-balaca Fəxrəddin və böyük qardaş Ümid bala, yaxınlar, qohumlar, Xudatlı, Xaçmazlı Şəhid ailələri, Qazilər, musiqiçilər və digərləri iştirak edirlər…
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, Dövlət himni səsləndirilir, dualar oxunur…
Məclisə gələnlər bir-bir Şəhid balasını təbrik edir, ona uzun-ömür. can sağlığı, atasının torpağı sani yaşamasını, atası kimi İgid övlad olmasını arzulayırlar…
Məclisdə həm sevincili, həm duyğulu anlar yaşanır…
Sevinc göz yaşları kədər, kədər göz yaşları sevinc göz yaşlarına qarışır…
Balaca Fəxrəddin isə öz aləmində, öz dünyasındadır, olanlardan, baş verənlərdən bixəbərdir…
Və ən çox sevinən atası, Şəhidimiz Fəxrəddindir…
Ruhu bu anlar burada, bu məclidə dolaşır…
Övladının ən əziz gününə sevinir, ata xeyir-duası verir…
Balaca Fəxrəddinin ad günü, bir yaşı mübarək, ata-Şəhid Fəxrəddinin isə məqamı Uca, məkanı cənnətlik olsun!
Balası, balaları huzur içində böyüsün, özü isə məzarında rahat uyusun, ruhu daim balalarının köməyi olsun!
Milyon kərə Amin!
19:00
***



XAÇMAZLI ŞƏHİD SƏBUHİ HÜSEYNLİNİN XANIMI VƏ VƏTƏNƏ ƏMANƏT QALAN TƏK ÖVLADI…


19:25
***
BALACA FƏXRƏDDİN VƏ ANASI-ŞƏHİD XANIMI XƏYALƏ…



ŞƏHİD XANIMLARI…DƏRD VƏ QÜRUR ORTAQLARI…


QAZİLƏRİMİZ…

19:40
***
DÖVLƏT HİMİNİNİN SƏSLƏNDİRİLMƏSİ…





ŞƏHİD AİLƏLƏRİ…



20:00
***






20:35
***








20:55
***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





