Atasının doğum günündə torpağa tapşırılan, beş yaxın qohumu Şəhid olan-KAMRAN FAZİL OĞLU QASIMOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Bu gün əslən Gədəbəy rayonunun Qaravəllər kəndindən olan Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Kamran Fazil oğlu Qasımovun Anım Günüdür.  

Kamran Qasımovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.

Etikxeber.az xəbər verir ki, Kamran Qasımov 2001-ci ilin fevral ayının 20-də Bakının Sabunçu rayonunun Zabrat (Zabrat-1) qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub.

2007-ci ildə Zabrat qəsəbəsinin 192 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib, 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirib və həmin il 14 saylı Bakı Peşə Liseyinə daxil olub.

Liseyi bitirdikdən bir müddət sonra, 2019-cu ilin iyul ayında Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib.

Xidmətə Füzuli rayonundakı “N”saylı hərbi hissədə başlayıb, sonra  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən (Lələtəpədə) “N” saylı hərbi hissədə qulluq edib.

İkinci Vətən Müharibəsində isə Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib və şərəfli döyüş yolu bir ay çəkib.

Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşüb və müharibənin düz bir ayının tamamında, oktyabrın 27-də Xocavənd istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi bir ay sonra, noyabr ayının 26-da, atasının ad günündə Zabrat qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Kamran həm də subay olub.

Onu da qeyd edək ki, Birinci və İkinci Qarabağ Savaşında, eləcə də bu ilin yazında Kamran Qasımovun beş yaxın qohumu Şəhidlik məqamına ucalıb.

Məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir…”-AZƏRBAYCAN PREZİDENTİ

Read Next

Noyabrın 8-də xalası oğlu ilə birlikdə Şuşada Şəhid olan, nəşi 18 gündən sonra Əbədiyyətə uğurlanan-TƏBRİZ CÜMƏZADƏNİN BU GÜN ANIM GÜNÜDÜR…MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir