Atıcılıq yarışlarının sonuncu günündə 8 idmançımız mübarizəyə qoşulub – FOTO

Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının sonuncu gününün qarşılaşmaları başlayıb.

Etikxeber.az xəbər verir ki, idmanın bu növü üzrə mübarizənin beşinci günündə dairəvi stend və 10 metrdən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışları keçiriləcək.

Bugünkü yarışlarda Azərbaycanın 8 idmançısı mübarizə aparır.

Dairəvi stend üzrə qarışıq komanda yarışında ölkəmizi Emin Cəfərov, Nurlana Cəfərova, Niyaz Ağazadə və Regina Meftahətdinova təmsil edirlər. Digər yarışda isə Azərbaycan idmançılarından Nigar Nəsirova, Ruslan Lunyov, Zərifə Qasımova və Rəsul Məmmədov güclərini sınayırlar.

Etikxeber.az

Read Previous

3 qadın, 1 kişi taekvandoçumuz qələbə ilə başladı…YENİLƏNİB

Read Next

Kişi üzgüçülərimiz yarımfinalda – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir