“Atılan addımların davamı mütləq gələcək və…”-KAMİLƏ ƏLİYEVA BANKLARI GÜZƏŞTLƏRƏ ÇAĞIRDI

Kimliyindən asılı olmayaraq, hər bir kəs, hər bir vətəndaş xüsusi karantin rejiminin tələblərinə, şərtlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ölkə Prezidentinin tövsiyələrinə, xəbərdarlıqlarına əməl etməlidir. Koronavirus epidemiyası-pandemiyası bu gün bütün dünyanı ağuşuna alıb, lərzəyə salıb, bəşəriyyət sanki bunun qarşısında aciz qalıb. Qonşu İranda, İtaliyada, İspaniyada və digər ölkələrdə yaşananlar, insanlıq dramı gözlərimiz önündədir. Hər gün minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir, on minlərlə insan koronavirusa yoluxur. Çox təəssüflər olsun ki, bütün önləyici və qabaqlayıcı tədbirlərə baxmayaraq, koronavirus epidemiyası “çağırılmamış qonaq” kimi bizim də, Azərbaycanın da qapısını döyüb. 200-dən artıq insanımız koronavirusa yoluxub, 5 vətəndaşımız koronavirusun qurbanı olub, dünyasını dəyişib, yüzlərlə, minlərlə insan karantin altındadır. Ona görə də hər bir kəs bu məsələnin, bu bəlanın, bu təhlükənin ciddiyyətini artıq sonadək dərk etməli, anmalıdır. Bu məsələ lağlağı, məsxərə, gülüb, deyib keçmək məsələsi deyil. Bu, çox böyük təhlükə və bəladır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

“Dövlətimiz, hökumətimiz, Prezidentimiz öz üzərinə düşən işin, vəzifənin öhdəsindən layiqincə gəlir. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, oraya 20 milyon manat vəsaitin ayrılması, ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın bir illik məvaciblərini Fonda ianə etməsi, iqtisadiyyatda dalğalanmaların önlənməsi üçün bir milyard manat vəsaitin nəzərdə tutulması, sahibkarlara, imkansız, aztəminatlı, yardıma ehtiyacı olan insanlara, ailələrə yardım edilməsi ilə bağlı tapşırıqların verilməsi, İqtisadiyyat naziri ilə görüşündə dövlət başçısının bu yöndə növbəti mühüm tapşırıqlar, göstərişlər verməsi və sair, bunlar hamısı Azərbaycan dövlətinin, ölkə rəhbərinin iradəsinin, qətiyyətinin növbəti əyani göstəricisidir.

Dövlətin, dövlət başçısının bir daha Azərbaycan vətəndaşının yanında olduğunun bariz nümunəsidir. Azərbaycan insanı da öz dövlətinə, öz rəhbərinə güvənir, inanır və etimad edir, bilir ki, onun arxasında güclü, qüdrətli dövləti dayanıb. İnanıram ki, bu addımların davamı gələcək, növbəti sosial paketin icrası yaxın günlərdə mümkün olacaq. Ölkə Prezidenti özü də İqtisadiyyat naziri ilə görüşündə bunun anonsunu verib. Eyni zamanda, özəl sektor, banklar da bu prosesə töhfələrini verməli, ödənişlər məsələsində güzəştlər tətbiq etməlidirlər. Bununla belə, insanlarımız, vətəndaşlarımız bugünlərdə daha həssas və daha diqətli olmalı, verilən qərarlara birmənalı əməl etməlidirlər. Kimsə bundan yayına, imtina edə bilməz. Biz birlikdə bu sınaqdan da dövlət, millət olaraq üzüağ və şərəflə çıxaçağıq, bunu birlikdə bacaracağıq”-deyə, K.Əliyeva sözlərinə əlavə edib.

06:58, 1 aprel

Etikxeber.az

Read Previous

“Bu prosesdə Azərbaycan dünya dövlətləri arasında yenə də ön sırada gedir…”-FATMA YILDIRIM

Read Next

Kəlbəcərsiz 27 il…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir