“Atletlər kəndi festivala tam hazır vəziyyətə gətirilib…” – AZAD RƏHİMOV

İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib.

Etikxeber.az xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, baş katibi Raffaele Pagnozzi və Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

Azad Rəhimov bildirib ki, yarışların keçirildiyi idman obyektləri və Atletlər kəndi festivala tam hazır vəziyyətə gətirilib. Nazir qeyd edib ki, 7 gün ərzində 48 ölkənin idmançıları mükafatlar uğrunda mübarizə aparacaqlar.

Onun sözlərinə görə, festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər.

“Bakı 2019”da atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Etikxeber.az

Read Previous

“KQB”-nin arxivləri açılmalıdır” – SABİQ DEPUTAT

Read Next

“Azərbaycan mötəbər olimpiya yarışına ev sahibliyini asanlıqla qazanmayıb” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir