“Atrıq geri çəkilmək kiminsə ağlının ucundan belə, keçmir… Necə deyərlər, artıq ox yaydan çıxıb…”-MİLLƏT VƏKİLİ

Bu gün işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda savaş gedir. Böyük Vətən Müharibəsi şanlı Azərbaycan Ordusunun uğurları ilə davam edir. Hər gün cəbhədən sevindirici xəbərlər alırıq. 

Etikxeber.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, qələbələrimiz isə yalnız hərb meydanı ilə yekunlaşmır:

“Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada məğlubiyyətə uğradır. Hər ötən gün düşmənin istər canlı qüvvə, istər hərbi texnika baxımından imkanları tükənməkdədir. Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşmənin darmadağın edərək irəliləyir.

Dövlət Başçımızın qətiyyətli addımları, xalqa müraziətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Nəhayət, düşmən tapdağında olan torpaqlarımızı azad edə biləcəyik fikirləri, ölkə Prezidentinin qətiyyətlə söylədiyi hər söz, hər kəlmə hər birimizi böyükdən kiçiyə daxilən səfərbər edib.

“Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”. Oktyabrın 4-də Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu fikirlər hər zaman olduğu kimi, ölkə Başçımızın diplomatik bacarığının, qətiyyətli mövqeyinin, prinsipiallığının daha bir nümayişi oldu.

Ermənistan silahlı qüvvələrinin ölkəmizə işğalı ilə açılan 27 sentyabr səhərində Prezident İlham Əliyevin atdığı ilk addımlar – hərbi vəziyyət elan edilməsi haqqında fərman, xalqa müraciəti, Təhlükəsizlik Şurasının iclasını keçirməsi və oradakı çıxışları Azərbaycan vətəndaşlarını dəqiqələr ərzində bir yumruğa çevrdi. 

Ölkəmizin hər yerində olduğu kimi Gəncədə yüksək əhval-ruhiyyə hökm sürür. Oktyabrın 4-də günorta saatlarında cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox əhalisi olan Gəncə şəhərinin erməni vandallarının raket və top mərmilərindən atəşə tutulmasına baxmayaraq hər kəs inanır ki, bu Vətən müharibəsi qələbə ilə başa çatacaq. 

Atrıq geri çəkilmək kiminsə ağlının ucundan belə, keçmir. Necə deyərlər, artıq ox yaydan çıxıb. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurur ki, ancaq irəli! Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var – zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq”.

Etikxeber.az

Read Previous

“Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri düşmən tərəfindən atəşə tutulur”-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI – İŞĞALÇI GƏNCƏNİ YENİDƏN ATƏŞƏ TUTDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir