“Avro 2020”-11-ci tur:AZƏRBAYCAN-UELS – 0:2 – YENİLƏNİB – (1)

Noyabrın 16-da “Avro 2020”nin seçmə mərhələsində 11-ci turun oyunlarına yekun vurulacaq.

Etikxeber.az  xəbər verir ki, turun üçüncü oyun günündə C, E, G və I qruplarında ümumilikdə 10 qarşılaşma keçiriləcək.

Günün bütün görüşləri aşağıdakılardır:

C qrupu:

Almaniya – Belarus;

Şimali İrlandiya – Niderland.

Qrupdakı vəziyyət: Hollandiya – 15 xal (6 oyuna), Almaniya – 15 xal (6), Şimali İrlandiya – 12 xal (6), Belarus – 4 xal (7), Estoniya – 1 xal (7).

E qrupu:

Azərbaycan – Uels;

Xorvatiya – Slovakiya.

Qrupdakı vəziyyət: Xorvatiya – 14 xal (7 oyuna), Macarıstan – 12 xal (7), Slovakiya – 10 xal (6), Uels – 8 xal (6), Azərbaycan – 1 xal (6).

G qrupu:

Sloveniya – Latviya;

Avstriya – Şimali Makedoniya;

İsrail – Polşa.

Qrupdakı vəziyyət: Polşa – 19 xal (8 oyuna), Avstriya – 16 xal (8), Şimali Makedoniya – 11 xal (8), Sloveniya – 11 xal (8), İsrail – 11 xal (8), Latviya – 0 (8).

I qrupu:

Kipr – Şotlandiya;

Rusiya – Belçika;

San Marino – Qazaxıstan.

Qrupdakı vəziyyət: Belçika – 24 xal (8 oyuna), Rusiya – 21 xal (8), Kipr – 10 xal (8), Şotlandiya – 9 xal (8), Qazaxıstan – 7 xal (8), San Marino – 0 (8).

Qeyd edək ki, Azərbaycan milli komandası “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində yer aldığı E qrupunda yeddinci oyununu keçirəcək.

Milli komandamız “Bakcell Arena”da Uels yığmasını qəbul edəcək. Saat 21:00-da başlayacaq görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Deniz Aytekin olacaq.

Bu, iki komanda arasında səkkizinci qarşılaşma olacaq. Əvvəlki görüşlərin təkcə birində – 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uels ilə heç-heçə edib – 1:1. Qalan yeddi oyunun hamısında uelslilər qələbə qazanıblar.

Altı turdan sonra Azərbaycan yığması 1 xalla sonuncu pillədə qərarlaşıb. Uels millisi isə 8 xalla dördüncü pillədə yer alıb.

Azərbaycan millisi oyuna itkilərlə çıxacaq. İspaniyanın “Albasete” klubunda forma geyən Eddi İsrafilov texniki problemlərlə əlaqədar bu görüşdə iştirak etməyəcək. O, yalnız Slovakiya ilə səfər matçının hazırlıqlarına qatıla biləcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesində zədələndiyi üçün heyətdən çıxarılıb.

Uels millisində isə Denni Uord, Nil Teylor, Tom Lourens zədə üzündən heyətdən çıxarılıb. Əvəzində Aaron Remzi builki seçmə mərhələlərdə ilk dəfə yığmanın düşərgəsində yer alıb.

Zədədən yeni sağalan Qaret Beyl millinin toplanışına qatılıb.

***

Qarşılaşma başlanıb.

Hesab hələlik açılmayıb-0:0.

***

“Bakcell Arena” stadionunda keçirilən oyunda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.

Hər iki qol oyunun birinci hissəsində vurulub.

Etikxeber.az

Read Previous

“Bələdiyyə seçkilərində iştirak üçün 22 529 nəfərin namizədliyi qeydə alınıb” – MSK SƏDRİ

Read Next

“Bunun üçün çox kiçik bir məbləğ vəsait tələb olunur…” – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir