AVRO-2020: Türkiyə-Uels-0:2 – ƏLİYEVLƏ ƏRDOĞAN TÜRKİYƏ-UELS QARŞILAŞMASINI BİRGƏ İZLƏDİLƏR – YENİLƏNİB – (6) – FOTOLAR

Bu gün AVRO-2020-nin qrup mərhələsində II tura start veriləcək.

Etikxeber.az məlumat verir ki, çempionatın 6-cı oyun günündə 3 matç keçiriləcək.

Tur B qrupunda başlayacaq. Gözlənilmədən Danimarkanı məğlub edən Finlandiya çempionata uğursuz başlayan Rusiya ilə üz-üzə gələcək.

Digər iki matç A qrupunda keçiriləcək. Bakı Olimpiya Stadionunda ikinci matçı qəbul edəcək. Bu dəfə qardaş Türkiyə yığması Uelsi sınağa çəkəcək. İlk turda hər iki komanda xal itirdiyindən işini çətinə salmamaq üçün qalib gəlməlidir.

Onu da qeyd edək, Tükiyə-Uels qarşılaşmasını Azərbaycan Prezidenti İlham Əlievlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə izləyəcəklər. Bunun anonsunu hələ Azərbaycana səfərindən öncə Ərdoğan özü açıqlamışdı.

Günə Romada yekun vurulacaq. İsveçrə ilə qarşılaşacaq İtaliya 1/8 finala ilk vəsiqənin sahibi ola bilər. Bunun üçün appeninlilərə qələbə qazanmaq kifayətdir.

Qeyd edək ki, II tur iyunun 19-da başa çatacaq.

AVRO-2020
Qrup mərhələsi
II tur, 16 iyun

B qrupu
17:00. Finlandiya – Rusiya
Baş hakim: 
Danni Makkeli (Niderland)
“Sankt-Peterburq” stadionu

1Belçika11003-03
2Finlandiya11001-03
3Danimarka10010-10
4Rusiya10010-30

A qrupu
20:00. Türkiyə – Uels
Baş hakim: 
Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

23:00. İtaliya – İsveçrə
Baş hakim: 
Sergey Karasyov (Rusiya)
Roma. Olimpiya Stadionu

1İtaliya11003-03
2İsveçrə10101-11
3Uels10101-11
4Türkiyə10010-30

06:48

***

AVRO-2020-də qrup mərhələsinin II turu start götürüb.

A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşır. Portuqaliyalı baş hakim Artur Manuel Ribeyro Soares Diasın start fiti ilə qarşılaşma başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan matça stadiondan baxırlar.

UEFA prezidenti Aleksander Çeferin, AVRO-2020-nin səfiri Luiş Fiqu, həmçinin Türkiyə Super Liqasında çıxış edən bir neçə klubun prezidenti və futbolçuları da oyunu izləyənlər arasındadır.

20:03

***

Oyunda hesab hələ açılmayıb.

Hesab 0:0-dır.

20:38

***

Oyunda hesab açılıb.

43-cü dəqiqədə Uels 1:0 önə çıxıb.

20:44

***

Birinci hissə bitib.

Birinci hissə 1:0 hesabı ilə Uels yığmasının xeyrinə başa çatıb.

20:47

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab 1:0 hesab Uels yığmasının xeyrinədir.

21:03

***

Oyunun 61-ci dəqiqəsində penaltı təyin olunub.

Amma Uels futbolçusu bu şansdan istifadə edə bilməyib.

Türkiyə yğmasının qapıcısı topu geri qaytarıb.

21:21

***

Artırma dəqiqələrində hesab yenidən dəyişib.

Uels yığması 2:0 önə keçib.

Beləliklə, oyun 2:0 hesabı ilə Uels yığmasının xeyrinə başa çatıb.

Etikxeber.az

Read Previous

Laçında iki hərbi qulluqçumuz yol qəzasında dünyasını dəyişib-DSX

Read Next

“Qurtuluş günü imzalanan Müttəfiqlik bəyannaməsi yeni bir Dirilişin, yenidən Doğuluşun müjdəsidir”-BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir