AVRO-2020-nin seçmə mərhələsi-VIII turun ikinci oyun günü – UKRAYNA SEVİNCLİ – NƏTİCƏLƏR

 

AVRO-2020-nin seçmə mərhələsi davam edir.

Etikxeber.az xəbər verir ki, VIII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.

Türkiyə millisinin çıxış etdiyi H qrupunda üç matç baş tutub. “Ay-ulduzlular” liderliyi bölüşdüyü Fransanın qonağı olub. Parisdə 1:1 hesablı heç-heçə edən Şenol Günəşin yetirmələri 1-ci pilləni qoruyub və final mərhələsi şanslarını artırıb.

Qrupun digər oyunlarında İslandiya Andorranı, Albaniya Moldovanı məğlub edib.

A qrupunda da iddialılar qələbə qazanıblar. İngiltərə Bolqarıstanı, Kosovo Monteneqronu yenib.

B qrupunun liderləri üz-üzə gəliblər. Ukrayna öz meydanında Portuqaliyanı üstələyib. Bu qələbə ilə Andrey Şevçenkonun yetirmələri qrup birinciliyini təmin edərək AVRO-2020-yə yüksəlib.

Ukrayna bunu bacaran 5-ci komanda olub. Onlara qədər Belçika, İtaliya, Rusiya və Polşa da vəzifənin öhdəsindən gəlib.

Bu qrupun digər matçında qələbə qazanan Serbiya isə Portuqaliya ilə 2-ci yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələnin VIII turu oktyabrın 15-də başa çatacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
14 oktyabr

A qrupu
22:45. Kosovo – Monteneqro – 2:0
Rahmani, 10, Muriqi, 34
22:45. Bolqarıstan – İngiltərə – 0:6
Reşford, 7, Barkli, 20, 32, Sterlinq, 45, 69, Keyn, 85

1 İngiltərə 6 5 0 1 26-6 15
2 Çexiya 6 4 0 2 11-9 12
3 Kosovo 6 3 2 1 12-10 11
4 Monteneqro 7 0 3 4 3-15 3
5 Bolqarıstan 7 0 3 4 5-17 3

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: İngiltərə – Monteneqro, Çexiya – Kosovo.

B qrupu
22:45. Ukrayna – Portuqaliya – 2:1

Yaremçuk, 7, Yarmolenko, 29 – Ronaldo, 72 (pen.)
22:45. Litva – Serbiya – 1:2
Kazlauskas, 79 – Mitroviç, 48, 53

1 Ukrayna 7 6 1 0 15-2 19
2 Portuqaliya 6 3 2 1 14-6 11
3 Serbiya 6 3 1 2 12-13 10
4 Lüksemburq 6 1 1 4 5-11 4
5 Litva 7 0 1 6 5-19 1

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: Serbiya – Lüksemburq, Portuqaliya – Litva.

H qrupu
22:45. Moldova – Albaniya – 0:4

Çikalleşi, 22, Bere, 34, Traşi, 40, Manay, 90
22:45. İslandiya – Andorra – 2:0
Siqurdsson, 38, Siqtorsson, 64
22:45. Fransa – Türkiyə – 1:1
Jiru, 76 – Ayhan, 82

1 Türkiyə 8 6 1 1 16-3 19
2 Fransa 8 6 1 1 21-5 19
3 İslandiya 8 5 0 3 12-10 15
4 Albaniya 8 4 0 4 14-10 12
5 Andorra 8 1 0 7 1-16 3
6 Moldova 8 1 0 7 2-22 3

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: Türkiyə – İslandiya, Fransa – Moldova, Albaniya – Andorra.

Etikxeber.az

Read Previous

Fransa -Türkiyə – 1:1 – TÜRKİYƏ YIĞMASI QRUPDA LİDERLİYİNİ QORUYUB SAXLADI – FOTOLAR

Read Next

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü – BAŞLAYIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir