AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar – BU GÜN

Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Etikxeber.az xəbər verir ki, A, B və H qruplarında mübarizə aparan komandalar VII turun görüşlərinə çıxacaq.

Baş tutacaq yeddi qarşılaşmanın hamısı eyni vaxtda start götürəcək. A qrupunda iki matç təşkil olunacaq. Autsayderlər Bolqarıstanla Monteneqro sonuncuların meydanında üz-üzə gələcək.

Keçirdiyi dörd qarşılaşmada xal itirməyən İngiltərə isə final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün futbolun yaradıcıları ən yaxın izləyicisi Çexiyanı məğlub etməlidirlər. İstənilən hesablı qələbə İngiltərəni AVRO-2020-yə daşıyacaq.

B qrupunun lideri Ukrayna evdə Litva ilə görüşəcək. Meydan sahibləri autsayderlə görüşün favoritidir. Portuqaliya isə Lüksemburqu qəbul edəcək.

Qonşu Türkiyə yığması çox vacib qarşılaşmaya çıxacaq. H qrupunda mübarizə aparan “ay-ulduzlular” evdə Albaniyanı qəbul edəcəklər.

Qrupun digər iki iddialısı da bir-biri ilə qarşılaşacaq. Fransa rəqib meydanında İslandiya ilə görüşəcək. Autsayderlərin duelində isə Moldova Andorranın qonağı olacaq.

Qeyd edək ki, seçmə mərhələnin VII sabah başa çatacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VII tur
11 oktyabr

A qrupu
22:45. Monteneqro – Bolqarıstan
22:45. Çexiya – İngiltərə

1 İngiltərə 4 4 0 0 19-4 12
2 Çexiya 5 3 0 2 9-8 9
3 Kosovo 5 2 2 1 8-12 8
4 Bolqarıstan 5 0 2 3 5-11 2
5 Monteneqro 5 0 2 3 3-13 2

B qrupu
22:45. Ukrayna – Litva
22:45. Portuqaliya – Lüksemburq

1 Ukrayna 5 4 1 0 11-1 13
2 Portuqaliya 4 2 2 0 10-4 8
3 Serbiya 5 2 1 2 10-12 7
4 Lüksemburq 5 1 1 3 5-8 4
5 Litva 5 0 1 4 4-15 1

H qrupu
22:45. Türkiyə – Albaniya
22:45. İslandiya – Fransa
22:45. Andorra – Moldova

1 Türkiyə 6 5 0 1 14-2 15
2 Fransa 6 5 0 1 19-4 15
3 İslandiya 6 4 0 2 10-9 12
4 Albaniya 6 3 0 3 9-9 9
5 Moldova 6 1 0 5 3-17 3
6 Andorra 6 0 0 6 0-14 1
 Etikxeber.az

Read Previous

“Adını dünya siyasətinə töhfələr vermiş lider kimi qızıl hərflərlə yazdırdı” – ZİYAD SƏMƏDZADƏ

Read Next

“Həmsədrlərinin ölkəmizdəki səfirlikləri önündə aksiyalar keçirilsin” – YAP-ÇI DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir