AVRO-2020-nin seçmə mərhələsində VIII tur başa çatacaq – BU GÜN

Bu gün AVRO-2020-nin seçmə mərhələsində VIII tur başa çatacaq.

Etikxeber.az  xəbər verir ki, 4 qrupda 9 qarşılaşma baş tutacaq.

Bu oyunlardan sonra daha iki komanda final mərhələsinə vəsiqəni təmin edə bilər. İrlandiya və İspaniya artıq bu vəzifənin öhdəsindən gəlmiş Belçika, İtaliya, Rusiya, Ukrayna ilə Polşaya qoşulmaq imkanına malikdir.

D qrupunda iki iddialı – İrlandiya və İsveçrə sonuncuların meydanında görüşəcək. Qonaqlar qələbə qazansalar, noyabrdakı oyunların nəticəsindən asılı olmayaraq AVRO-2020-yə yüksələcək. Qrupun digər görüşündə autsayderlər Gürcüstanla Cəbəllütariq qarşılaşacaq.

F qrupunun liderləri İspaniya və İsveç üz-üzə gələcək. Səfərdə oynayacaq ispaniyalılar heç-heçə ilə də final mərhələsinə yüksələcək. İsveç isə liderə yaxınlaşmaq və mövqeyini qorumaq üçün qalib gəlməlidir. Çünki Norveçlə görüşən Rumıniya onları keçə bilər. Malta isə Farer adaları ilə görüşəcək.

G qrupunun yeganə oyununda İsrail Latviyanı sınağa çəkəcək. Sonuncular ilk xalını qazanmağa çalışacaqlar. İsrail xal itirsə AVRO-2020 şansını dəfn edəcək.

J qrupunda 1-ci yeri təmin edən İtaliya autsayder Lixtenşteynlə qarşılaşacaq. Bu qrupda Finlandiya Ermənistanı qəbul edəcək, Bosniya və Herseqovina Yunanıstanın qonağı olacaq.

Qeyd edək ki, IX tur noyabrın 14-də start götürəcək.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
15 oktyabr

D qrupu
22:45. İsveçrə – İrlandiya
22:45. Cəbəllütariq – Gürcüstan

1 İrlandiya 6 3 3 0 5-3 12
2 Danimarka 6 3 3 0 16-5 12
3 İsveçrə 5 2 2 1 10-5 8
4 Gürcüstan 6 1 2 3 4-8 5
5 Cəbəllütariq 5 0 0 5 0-16 0

F qrupu
22:45. İsveç – İspaniya
22:45. Rumıniya – Norveç
22:45. Farer adaları – Malta

1 İspaniya 7 6 1 0 18-4 19
2 İsveç 7 4 2 1 17-8 14
3 Rumıniya 7 4 1 2 16-7 13
4 Norveç 7 2 4 1 12-9 10
5 Malta 7 1 0 6 2-17 3
6 Farer a. 7 0 0 7 3-23 0

G qrupu
22:45. İsrail – Latviya

1 Polşa 8 6 1 1 13-2 19
2 Avstriya 8 5 1 2 17-7 16
3 Sloveniya 8 3 2 3 13-8 11
4 Ş.Makedoniya 8 3 2 3 10-11 11
5 İsrail 7 2 2 3 12-14 8
6 Latviya 7 0 0 7 1-24 0

J qrupu
20:00. Finlandiya – Ermənistan
22:45. Lixtenşteyn – İtaliya
22:45. Yunanıstan – Bosniya və Herseqovina

1 İtaliya 7 7 0 0 20-3 21
2 Finlandiya 7 4 0 3 9-8 12
3 Bosniya H. 7 3 1 3 16-12 10
4 Ermənistan 7 3 1 3 13-12 10
5 Yunanıstan 7 1 2 4 7-12 5
6 Lixtenşteyn 7 0 2 5 2-20 2

Etikxeber.az

Read Previous

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü – BAŞLAYIR…

Read Next

“Ermənistanın apardığı işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir