“Avro-2020” seçmə mərhələsinin üçüncü turuna start verilir – BU GÜN

Bu gün “Avro-2020” seçmə mərhələsinin üçüncü turuna start verilir.

İlk oyun günündə 5 qrupda 12 qarşılaşma təşkil olunacaq.

A, B və D qruplarında 2, F və G qruplarında isə 3 matç keçiriləcək.

Etikxeber.az xəbər verir ki, A qrupunda Çexiya millisi Bolqarıstan yığmasını qəbul edəcək.

UEFA Millətlər Liqasında qrup qaliblərindən Kosovo isə Monteneqronun qonağı olacaq.

B qrupunun autsayderi Litva yığması Lüksemburqla, lider Ukrayna isə Serbiya millisi ilə qarşılaşacaq.

İlk iki oyunda məğlub olan Gürcüstan ilk qələbəsini Cəbəllütariqlə qarşılaşmada qazanmağa çalışacaq. Danimarka isə qrupun lideri İrlandiya ilə üz-üzə gələcək.

F qrupunun favoriti İspaniya autsayder Farer adalarının qonağı olacaq. İsveç Malta ilə, Norveç Rumıniya ilə üz-üzə gələcək.

Nəhayət, G qrupunun autsayderləri Avstriya və Latviya yığmaları növbəti görüşlərini evdə keçirəcəklər.

Onlar müvafiq olaraq Sloveniya və İsrail milliləri ilə qarşılaşacaq. Lider Polşa isə Makedoniyanın qonağı olacaq.

Etikxeber.az

Read Previous

“Ağdamın ağgününü bəstələmək…” – DEPUTAT USTAD TARZƏNDƏN YAZDI

Read Next

“Bu fakt deməyə əsas verir ki…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir