Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Etikxeber.az xəbər verir ki, V tur çərçivəsində 9 qarşılaşma baş tutub.
Günün mərkəzi oyunu A qrupunun keçirilib. Almaniya Hollandiya ilə görüşüb. 6 qolun vurulduğu matçda “narıncılar” üç xal əldə ediblər.
Bundestim isə ilk məğlubiyyətini alıb.
Azərbaycan millisinin yer aldığı E qrupunda Xorvatiya səfərdə Slovakiyanı böyük hesabla məğlub edib.
Yığmamız isə Uelslə qarşılaşmada 1:2 hesabı ilə uduzub.
G qrupunun lideri Polşa ilk məğlubiyyətini Sloveniya səfərində alıb. Avstriya isə Latviya üzərində asan qələbə əldə edib.
İ qrupunda Kiprlə Qazaxıstan hərəyə bir qolla bir xal qazanıb. Belçika ilə Rusiya növbəti qələbələrini qazanıblar. Onlar müvafiq olaraq San-Marino və Şotlandiyanı məğlub ediblər.
Qeyd edək ki, V tur sentyabrın 7-də başa çatacaq.
AVRO-2020-nin seçmə mərhələsi
V tur
6 sentyabr
C qrupu
20:00. Estoniya – Belarus – 1:2
Sorqa, 54 – Naumov, 48, Skaviş, 90
22:45. Almaniya – Hollandiya – 2:4
Qnabri, 9, Kross, 73 (pen.) – De Yonq, 59, Ta, 66 (avtoqol), Malen, 79, Viynaldum, 90
| 1 | Ş.İrlandiya | 4 | 4 | 0 | 0 | 7-2 | 12 |
| 2 | Almaniya | 4 | 3 | 0 | 1 | 15-6 | 9 |
| 3 | Hollandiya | 3 | 2 | 0 | 1 | 10-5 | 6 |
| 4 | Belarus | 5 | 1 | 0 | 4 | 3-10 | 3 |
| 5 | Estoniya | 4 | 0 | 0 | 4 | 2-14 | 0 |
Növbəti oyunlar sentyabrın 9-da keçiriləcək: Şimali İrlandiya – Almaniya, Estoniya – Hollandiya.
E qrupu
22:45. Uels – Azərbaycan – 2:1
Pavel Paşayev, 13 (avtoqol), Beyl, 84 – Mahir Emreli, 58
22:45. Slovakiya – Xorvatiya – 0:4
Vlaşiç, 45, Perişiç, 47, Petkoviç, 72, Lovren, 89
| 1 | Macarıstan | 4 | 3 | 0 | 1 | 6-4 | 9 |
| 2 | Xorvatiya | 4 | 3 | 0 | 1 | 9-4 | 9 |
| 3 | Uels | 4 | 2 | 0 | 2 | 4-4 | 6 |
| 4 | Slovakiya | 4 | 2 | 0 | 2 | 7-6 | 6 |
| 5 | Azərbaycan | 4 | 0 | 0 | 4 | 4-12 | 0 |
Növbəti oyunlar sentyabrın 9-da keçiriləcək: Azərbaycan – Xorvatiya, Macarıstan – Slovakiya.
G qrupu
22:45. Sloveniya – Polşa – 2:0
Struna, 35, Sporar, 65
22:45. Avstriya – Latviya – 6:0
Arnautoviç, 7, 53 (pen.), Sabitzer, 13, Steynbors, 76, Laymer, 80, Qreqoriç, 84
| 1 | Polşa | 5 | 4 | 0 | 1 | 8-2 | 12 |
| 2 | Avstriya | 5 | 3 | 0 | 2 | 13-6 | 9 |
| 3 | Sloveniya | 5 | 2 | 2 | 1 | 9-3 | 8 |
| 4 | İsrail | 5 | 2 | 2 | 1 | 9-8 | 8 |
| 5 | Ş.Makedoniya | 5 | 1 | 2 | 2 | 6-8 | 5 |
| 6 | Latviya | 5 | 0 | 0 | 5 | 1-19 | 0 |
Növbəti oyunlar sentyabrın 9-da keçiriləcək: Sloveniya – İsrail, Polşa – Avstriya, Latviya – Şimali Makedoniya.
İ qrupu
20:00. Kipr – Qazaxıstan – 1:1
Sotiriou, 39 – Şetkin, 2
22:45. Şotlandiya – Rusiya – 1:2
Makqin, 11 – Dzyuba, 40, Odonnell, 59 (avtoqol)
22:45. San-Marino – Belçika – 0:4
Batşuayi, 43 (pen.), 90, Martens, 57, Şadli, 63
| 1 | Belçika | 5 | 5 | 0 | 0 | 15-1 | 15 |
| 2 | Rusiya | 5 | 4 | 0 | 1 | 17-4 | 12 |
| 3 | Qazaxıstan | 5 | 2 | 1 | 2 | 8-8 | 7 |
| 4 | Şotlandiya | 5 | 2 | 0 | 3 | 5-9 | 6 |
| 5 | Kipr | 5 | 1 | 1 | 3 | 7-6 | 5 |
| 6 | San-Marino | 5 | 0 | 0 | 5 | 0-24 | 0 |
Növbəti oyunlar sentyabrın 9-da keçiriləcək: Şotlandiya – Belçika, San-Marino – Kipr, Rusiya – Qazaxıstan.
Etikxeber.az





