“Avro-2020”nin ikinci yarımfinalı: İNGİLTƏRƏ-DANİMARKA – 2:1 – İNGİLTƏRƏ FİNALDA – YENİLƏNİB – (4)

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq İngiltərə – Danimarka matçı nəticəsində futbol üzrə 16-cı Avropa çempionatının ikinci finalçısı müəyyənləşəcək.

Etikxeber.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçiriləcək ikinci yarımfinal görüşünü Niderlanddan olan referi Danni Makkeli idarə edəcək.

Bu komandalar indiyədək rəsmi turnirlərdə 23 dəfə qarşılaşıblar.

Həmin görüşlərin 13-də İngiltərə, 5-də Danimarka qalib gəlib, 5 oyun heç-heçə başa çatıb. Top fərqində İngiltərə millisinin böyük üstünlüyü var – 39:23.

“Avro-2020”də qapısını toxunulmaz saxlamağı bacaran yeganə komanda olan İngiltərə seçməsi D qrupunda Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib, Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda isə Ukraynanı (4:0) mübarizədən kənarlaşdırıb.

Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Komanda Bakı Olimpiya Stadionunda oynadığı dörddəbir final görüşündə Çexiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal mərhələsinin birinci oyununda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə İtaliya millisi 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesabı ilə qalib gəlib.

“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

19:06

***

İngiltərə-Danimarka qarşılaşması başlayıb.

Hesab hələlik açılmayıb, 0:0-dır.

23:02

***

Oyunda hesab açılıb.

Danimarka millisi 1:0 önə çıxıb.

23:33

***

İngiltərə millisi hesabı bərabərləşdirə bilib.

Hesab 1:1 olub.

23:42, 7 iyul

***

Artırma dəqiqələrində İngiltərə yğıması önə keçib.

İngilislər hesabda 2:1 önə keçiblər.

01:18

***

Oyun 2:1 hesabı ilə İngiltərə yığmasının xeyrinə başa çatıb.

İngiltərə millisi bununla finala yüksəlib, ikinci finalçı olub.

İngiltərə yığması finalda İtaliya millisi ilə qarşılaşacaq.

Etikxeber.az

Read Previous

Daha 127 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik”-VÜQAR BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir