“Avro-2020”nin yarımfinal mərhələsinin ilk oyunu: İTALİYA-İSPANİYA – 4:2 – İTALİYA İLK FİNALÇI OLDU – YENİLƏNİB – (3)

Bu gün futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçiriləcək birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları qarşılaşacaqlar.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı almaniyalı referi Feliks Brix idarə edəcək.

Yarımfinal mərhələsinin “Uembli” stadionunda keçiriləcək digər oyununda isə İngiltərə və Danimarka milliləri qarşılaşacaqlar. Həmin görüş iyulun 7-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirdə son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda isə turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb.

Yer aldığı E qrupunda İsveç (0:0) və Polşa (1:1) komandaları ilə heç-heçə edən İspaniya sonuncu görüşdə Slovakiyanın qapısından 5 cavabsız top keçirib. Üçqat Avropa çempionları səkkizdəbir finalda Xorvatiyanı (5:3, əsas vaxt 3:3), Avstriyanı (1:1, penaltilərlə 3:1) məğlub edərək finala yüksəlib.

İtaliya və İspaniya seçmələri indiyədək müxtəlif turnirlərdə 36 dəfə qarşılaşıblar. Bu görüşlərin 11-də İtaliya, 12-də isə İspaniya qalib gəlib, 13 görüş heç-heçə başa çatıb. Top nisbətində də İtaliya yığmasının cüzi üstünlüyü var – 43:40.

“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.

21:32

***

Oyunun birinci hissəsi başa çatıb.

Birinci hissədə hesab açılmayıb-0:0.

23:57

***

Qarşılaşmanın ikinci hissəsində hesab açılıb.

60-cı dəqiqədə İtaliya millisi 1:0 önə çıxıb.

00:20

***

Oyunda hesab bərabərləşib.

İspanlar 80-cı dəqiqədə qol vuraraq, hesabı 1:1 ediblər.

00:39

***

Artırma dəqiqələrində də hesab dəyişməyib.

Qalibi, finalçını müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

İtaliya millisi penaltilər seriyasında 3:1 (ümumilikdə 4:2) qalib gələrək, finala yüksəliblər.

Digər finalçı isə sabah, İngiltərə-Danimarka qarşılaşmasında məlum olacaq.

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“İnanırıq ki, digər ərazilərdə də yerləşdirilən minaların xəritələri əldə olunacaq”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir