Avroçempionatının oyunları çərçivəsində birinci turun növbəti oyunları: NƏTİCƏLƏR – FOTOLAR – YENİLƏNİB – (1)

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə oyunları çərçivəsində birinci turun növbəti oyunları keçirilib.

Etikxeber.az  xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunub.

Günün maraq doğuran oyununda H qrupunda yer alan son dünya çempionu Fransa yığması səfərdə Moldova seçməsinin qonağı olub.

Görüş fransalıların 4:1 hesabı qələbəsi ilə başa çatıb. Dünya çempionların heyətində Antuan Qrizman (24), Rafael Varan (27), Olivye Giru(36) və Kilyan Mbappe (84) fərqləniblər. Meydan sahiblərinin təsəlli qoluna isə 89-cu dəqiqədə Vladimir Ambros imza atıb.

***

Günün digər böyük hesablı qələbəsi “Uembli” stadionunda qeydə alınıb.

İngiltərə yığması Çexiya millisini 5:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Rahim Sterlinq (24, 62, 69) və Hari Keyn (45) fərqləniblər. Qonaqların heyətində isə Tomas Kalas qarşılaşmanın 84-cü dəqiqəsində topu öz qapısına vurub.

***

avrocemp

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

Bolqarıstan – Monteneqro – 1:1;

İngiltərə – Çexiya – 5:0.

B qrupu

Lüksemburq – Litva – 2:1;

Portuqaliya – Ukrayna – 0:0.

H qrupu

Albaniya – Türkiyə – 0:2;

Andorra – İslandiya – 0:2;

Moldova – Fransa – 1:4.

Etikxeber.az

Read Previous

Xorvatiya – Azərbaycan: 2-1 – FOTO – YENİLƏNİB – (1)

Read Next

Avtobusun yanması nəticəsində 26 nəfər öldü – ÇİNDƏ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir