Avroliqa: “Neftçi” – “Bney Yehuda” – 2:2 – YENİLƏNİB – (6)

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Etikxeber.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” də növbəti sınağına çıxacaq.

Bakı klubu İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

Bakı təmsilçisi ilk görüşü evdə keçirəcək.

 7 ildən sonra yenidən qrup mərhələsində oynamağa əlverişli imkan qazanan bakılılar İsrailə rahat yollanmaq üçün sərfəli nəticə əldə etməyə borcludur.
Bordinin komandasını pley-offda “Malmo” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi gözlədiyindən “Bney Yehuda” səddini aşmaq qrup perspektivini artıracaq.

Qeyd edək ki, “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Bney Yehuda” matçı saat 21:00-da başlayacaq.

***

“Neftçi” (Azərbaycan) – “Bney Yehuda” (İsrail) matçının start heyətləri açıqlanıb.

Bununla da rəqiblərin start heyəti və ehtiyat oyunçuları müəyyənləşib.

Saat 21:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcəklər.

 Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
8 avqust
21:00. “Neftçi” – “Bney Yehuda” (İsrail)
Baş hakim: 
Kərim Abed (Fransa)
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namik Ələskərov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 36.Mamadu Kane
Baş məşqçi: Roberto Bordin
“Bney Yehuda”: 1. Emiliyus Zubas, 3. Dan Mori (K), 5. Daniel Felczer, 6. Amir Rustom, 8. Şay Mazor, 9. Dor Yan, 11. Mohammed Qadir, 16. Avişay Koen, 19. İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 4. Ben Ari, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Ben Şimon, 74. Şimşon Şemor Tsaadon
Baş məşqçi: Yossi Abukassis
***
Qarşılaşmanın birinci hissəsi başlayıb.
Hesab hələlik açılmayıb-0:0.
***
Oyunda hesab açılıb.
Birinci hissənin 26-cı dəqiqəsində qonaqlar 1:0 önə keçiblər.
***
Oyunda hesab yenidən dəyişib.
Qonaqlar ikinci topu vurublar-2:0.
***
“Neftçi” vurulan qollardan birinin əvəzini çıxıb.
Oyunun 43-cü dəqiqəsində “Netçi” qol vuraraq, fərqi azaldıb-1:2.
***
Qarşılaşmanın ikinci hissəsi başlayıb.
Hesab 2:1 qonaqların xeyrinədir.
***
Qarşılaşmanın sonunda, artırma dəqiqələrində “Neftçi” hesabı bərabərləşdirib.
Hesab 2:2 olub və oyun bu hesabla da başa çatıb.
 Etikxeber.az

Read Previous

58 min 258-dən 42 min 62 nəfəri – TƏLƏBƏ ADINI QAZANDI

Read Next

“Növbəti mərhələyə adlayan tərəf biz olacağıq” – BORDİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir