Avroliqa – “NEFTÇİ” : “ARSENAL” – 1:0 YENİLƏNİB – (6)

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Etikxeber.az xəbər verir ki, Azərbaycanın iki klubu meydana çıxacaq.

Yarışa bu mərhələdən başlayan “Qəbələ” Gürcüstan “Dinamo”su ilə görüşəcək.

Mövsümdə ilk matçına çıxacaq Sənan Qurbanovun yetirmələri dörd il öncə adladıqları rəqibi mübarizədən kənarlaşdırmağa çalışacaq.

Bunun üçün “qırmızı-qaralar” evdə keçirilən ilk görüşdə sərfəli nəticə əldə etməlidir. Əvvəlki illərlə müqayisədə heyəti xeyli dəyişən əyalət klubu əsasən yerli futbolçulardan təşkil olunan komanda ilə Tbilisi təmsilçisini yenmək iddiasındadır.

“Neftçi”ni isə səfər sınağı gözləyir. Bakılılar Rusiyada “Arsenal”la görüşəcək. Tula təmsilçisini avrokuboklardakı debütdə dayandırmaq əzmində olan Roberto Bordinin yetirmələri ilk matçda uduzmamağa çalışacaq.

İlk raundda qapısından qol buraxmayan “ağ-qaralar” seriyanı Tulada davam etdirməyə köklənib. Məhsuldar oyunu ilə azarkeşlərini sevindirən paytaxt futbolçuları səfərdə rəqib qapısına yol tapmaqla növbəti mərhələ şanslarını da artıra bilər.

Qeyd edək ki, “Qəbələ” – “Dinamo” oyunu saat 19:00, “Arsenal” – “Neftçi” görüşü 21:00-da başlayacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
25 iyul

19:00. “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan)
Baş hakim: Nikolas Uolş
Baş hakimin köməkçiləri: Alan Malvanni, Cordan Stokoe
Dördüncü hakim: Qavin Dunkan (hamısı Şotlandiya)
Hakim-inspektor: Quy Qutals (Belçika)
UEFA nümayəndəsi: Mixalis Mítas (Kipr)
Qəbələ şəhər stadionu

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi”
Baş hakim: Enea Yorqyi
Baş hakimin köməkçiləri: Ridiger Çokay, İlir Tartaray
Dördüncü hakim: Klaydi Kola (hamısı Albaniya)
Hakim-inspektor: Pavel Salıy (Qazaxıstan)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Tula. “Arsenal” mərkəzi stadionu

***

“Qəbələ” -“Dinamo” (Tbilisi) oyunu üçün komandaların start heyətləri müəyyənləşib.

Qəbələ şəhər stadionunda baş tutacaq görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Ülvi İsgəndərov, Fernan Lopez, Yusif Nəbiyev, Merab Qiqauri yer alıblar.

Gürcüstan komandasının heyətində isə Xose Perales, Viktor Monxil, Davit Kobouri, Georgi Kuxianidze, Levan Şengeliya, Georgi Papava, Georgi Kimadze, Levan Kutalya, Nodar İaşvili, Nika Ninua, Nodar Kavtaradze meydana çıxacaqlar.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oyunu Şotlandiyadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Alan Malvanni və Cordan Stokoe kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək.

“Qəbələ” bu mövsüm qitə miqyaslı turnirdə ilk matçına çıxacaq. Tbilisi təmsilçisi birinci təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

Komandaların cavab görüşü avqustun 1-də səfərdə olacaq.

Qarşılaşmanın qalibi növbəti mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin səfər görüşündə 1:2 hesabı ilə uduzan təmsilçimiz, evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

***

Qarşılaşma başlayıb.

qabalaaa

***

 “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan, Tbilisi) oyununda ikinci hissə start götürüb.

Qəbələdə təşkil olunan qarşılaşmanın 45 dəqiqəsindən sonra Azərbaycan klubu 0:1 hesabı ilə məğlub olur.

***

 “Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan) matçının heyətləri açıqlanıb.

Saat 21:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcək.

 Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi”
Baş hakim: Enea Yorqyi
“Arsenal”: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandru Tudorie
Ehtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Acoyev,  48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov,  71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,
7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə
Baş məşqçi: Roberto Bordin

***

“Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan, Tbilisi) oyununda hesab dəyişib.

Qəbələdə təşkil olunan qarşılaşmanın başa çatmasına 3 dəqiqə qalmış Azərbaycan kubokunun qalibi qapısından ikinci qolu buraxıb.

Rəqibin heyətində Arpanq Daffe fərqlənib – 2:0.

Oyun bu hesabla da başa çatıb.

***

“Arsenal” – “Neftçi” qarşılaşması start götürüb.

***

“Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyununda hesab açılıb.

Qarşılaşmanın 45-ci dəqiqəsində Bakı təmsilçisi fərqlənib.

Dario Federikonun zərbəsi dəqiq olub.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hesab 1:0 “Neftçi”nin xeyrinədir.

***

Qarşılaşma 1:0 hesabı ilə də başa çatıb.

 Etikxeber.az

Read Previous

“Şəhid dədələrimizin ruhları şad olacaq” – QƏNİRƏ PAŞAYEVADAN “VİZA LƏĞVİ” DƏYƏRLƏNDİRMƏSİ

Read Next

Olimpiya Festivalı – RUSİYA BİRİNCİ, AZƏRBAYCAN İKİNCİ YERDƏDİR – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir