Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qarabağ” bu gün növbəti Avrokubok matçını keçirəcək.
Etikxeber.az məlumat verir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Ardıcıl 6-cı dəfə avrokubokların qrupunda yer alan təmsilçimiz İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq. Bu oyun A qrupunun I turu çərçivəsində baş tutacaq.
İndiyədək qrup mərhələsinə iki dəfə evdə başlayan Ağdam klubu beş il öncə “Sent-Etyenn”, üç il əvvəl “Slovan”la heç-heçə edib. Bu dəfə də Q.Qurbanovun yetirmələri xal qazanmaq üçün mübarizə aparacaq.
Qrupun digər matçı Kiprdə baş tutacaq.
APOEL öz meydanında Lüksemburq klubu “Düdelanj”ı sınağa çəkəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu saat 20:55-də başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim: Yevgeni Aranovski
Baş hakimin köməkçiləri: Semyon Şlonçak, İqor Alyoxin
Dördüncü hakim: Yaroslav Kozik (hamısı Ukrayna)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan).
***
Hər iki millinin heyətləri açıqlanıb.
***
Qarşılaşmanın birinci hissəsi başlayıb.
Hesab hələlik açılmayıb-0:0.
***
“Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda fasilə yaranıb.
Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra hesab açılmayıb – 0:0.
***
Qarşılaşmanın ikinci hissəsi başlayıb.
Hesab hələ ki, açılmayıb.
***
“Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda hesab açılıb.
Bakıda keçirilən matçın ilk 62-ci dəqiqəsində qonaqlar cərimə zərbəsindən fərqləniblər. Xavyer Ernandes qapını dəqiq nişan alıb – 1:0.
***
“Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda hesab dəyişib.
Matçın 78-ci dəqiqəsində qonaqlar Ağdam klubunu ikinci dəfə cəzalandırıblar. Bu dəfə Munir baxımlı qola imza atıb.
***
“Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda üçüncü qol vurulub.
Qarşılaşmanın 85-ci dəqiqəsində qonaqlar daha bir dəfə fərqləniblər. Torres ispanların 3-cü qolunu vurub.
***
Oyun başa çatıb.
Qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.
Həmçinin, qeyd edək ki, A qrupunun digər matçı Kiprdə baş tutub.
APOEL öz meydanında Lüksemburq təmsilçisi “Düdelanj”a 3:4 hesabı ilə uduzub.
Etikxeber.az