Avroliqada qrup mərhələsinin IV turunun hakimlərinin adları açıqlandı

Avropa Liqasında qrup mərhələsinin IV turunun hakimlərinin adları açıqlanıb.

Etikxeber.az-ın Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Qəbələ” və “Qarabağ”ın qarşılaşmalarının da ədalət təmsilçiləri müəyyənləşib.

Bakıda Fransa təmsilçisi “Sent-Etyen”i qəbul edəcək “Qəbələ”nin matçı ispaniyalı hakimlərə tapşırılıb. Oyunu Karlos Del Serro Qrande idarə edəcək. Onun köməkçiləri Xuan Karlos Yuste Ximenez və Roberto Alonso Fernandez olacaq.

Görüşün əlavə köməkçi hakimləri kimi Xuan Martinez Munuera və İnaki Visandi Qarrido meydana çıxacaq. Dördüncü hakim funksiyasını Abraham Alvarez Kanton yerinə yetirəcək. Hakimlərin işinə türkiyəli Muharrem Zihni Aksoy qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropoulos olacaq.

Salonikidə PAOK-un qonağı olacaq “Qarabağ”ın görüşündə ədaləti şotlandiyalı hakimlər briqadası qoruyacaq. Matçda Con Biton fit çalacaq. Ona Duqlas Potter və Alastair Mater kömək edəcək.

Qarşılaşmanın əlavə hakim köməkçiləri Steven Maklin və Donald Robertson, dördüncü hakimi Şon Karr olacaq. Onların işinə Darko Ceferin (Sloveniya) qiymət verəcəksə, UEFA nümayəndəsi kimi matça Gennadi Skurtul (Moldova) təyinat alıb.

Qeyd edək ki, noyabrın 3-də baş tutacaq “Qəbələ” – “Sent-Etyen” matçı saat 22:00-da, PAOK – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:05-də start götürəcək.

Etikxeber.az

Read Previous

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin zabitləri ilə görüş oldu

Read Next

SOCAR “Aliağa” elektrik stansiyasının tikintisindən imtina edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir