Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə start verilib.
Etikxeber.az xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sportinq”ın heyətində Sebastyan Koates, Sporar Andraz və Lusiano Vietto fərqləniblər.
“Başakşehir”in yeganə qoluna isə Edin Vişca imza atıb.
“Qarabağ”ın qrup mərhələsindəki rəqibi İspaniyanın “Sevilya” klubu isə səfərdə Rumıniyanın “ÇFR Kluj” komandası ilə heç-heçə edib – 1:1.
Günün digər erkən başlayan oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Şaxtyor Donetsk” (Ukrayna) – “Benfika” (Portuqaliya) – 2:1;
“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya) – 4:1;
“Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya) – 0:1;
“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) – 1:1;
“ÇFR Kluj” (Rumıniya) – “Sevilya” (İspaniya) – 1:1;
“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya) – 1:1;
“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya) – 1:0;
“Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə) – 3:1.
Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.
Etikxeber.az