Avroliqanın ilk səkkizdəbir finalçısı məlum oldu… – FOTO

UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub.

Etikxeber.az xəbər verir ki, onaltıdabir final mərhələsinin cavab görüşləri “Sevilya” (İspaniya) – “Latsio” (İtaliya) oyunu ilə başlanıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 20-ci dəqiqədə Ben Yederin sayəsində açılıb – 1:0. Qarşılaşmanın 78-ci dəqiqəsində isə Pablo Sarabiya son nöqtəni qoyub – 2:0. Qalan dəqiqələrdə italyanlar oyunda dönüş yaratmaq istəsələr də cəhdləri alınmayıb.

Matçın baş hakimi hər iki komandanın heyətindən bir futbolçunu meydandan kənarlaşdırıb – “Sevilya”dan Franko Vasqesi, “Latsio”dan isə Adam Maruşiçi.

Beləliklə, “Sevilya” UEFA Avropa Liqasının səkkizdəbir finalının ilk iştirakçısı oldu. Komandaların İtaliyada keçirilən görüşündə ispanlar minimal hesabla üstün olublar (0:1).

Qeyd edək ki, onaltıdabir final mərhələsinin digər 15 oyunu fevralın 21-də keçiriləcək. Turnirin püşkatma mərasimi isə fevralın 22-də baş tutacaq.

Turnirin final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.

Etikxeber.az

Read Previous

Ziyafət Əsgərovdan rus və ingilis dililə bağlı çağırış: MÜKƏMMƏL ÖYRƏNİN

Read Next

“Yuve” və “Şalke” üçün uğursuz gün – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir