Avroliqanın oyunu ilə bağlı banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşəbbüsü ilə banklar mayın 27-dən iyunun 1-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Palatanın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, əhalinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət edəcək, 9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün MBNP tərəfindən istifadəyə verilmiş i-MAP informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradılıb.

Aşağıda qeyd olunan keçid vasitəsilə adıçəkilən bölməyə daxil olan istifadəçilər qeyd edilən tarixlərdə ölkəmizdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat əldə edə bilərlər. i-Map informativ xəritəyə keçid: https://www.fimsa.az/az/map

Final oyunu ərəfəsində MBNP-nin əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

Yarana biləcək hər hansı sual və ya problemlə bağlı vətəndaşlar və şəhərimizin qonaqları MBNP-yə müraciət ünvanlaya biləcəklər. Koordinator: Rövşən Məmmədli; e-mail: bank@fimsa.az; “qaynar xətt”: +99450 8390782

Etikxeber.az

Read Previous

Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq – CAVİD QURBANOV

Read Next

Terrorçuluğa qarşı mübarizə ilə bağlı qanuna dəyişiklik olunur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir