Avroliqanın səkkizdəbir final mərhələsinin iştirakçıları məlum oldu – FOTO

Fevralın 21-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin son 7 görüşü də başa çatıb.

Etikxeber.az xəbər verir ki, maraq doğuran oyunlardan biri Portuqaliyanın “Estadio da Luz” stadionunda baş tutub.

Öz meydanında 2:1 hesabı ilə məğlub olan “Qalatasaray” səfərdə “Benfika” komandası ilə qarşılaşıb. Görüşdə hesab açılmasa da, iki oyunun nəticəsinə əsasən “Benfika” növbəti mərhələyə vəsiqə qazanıb.

Mərhələnin digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Bayer” (Leverkuzen, Almaniya) – “Krasnodar” (Rusiya) – 1:1, (0:0);

“Benfika” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) – 0:0, (2:1);

“Çelsi” (İngiltərə) – “Malmö” (İsveç) – 3:0, (2:1);

“Dinamo” (Kiyev, Ukrayna) – “Olimpiakos” (Yunanıstan) – 1:0, (2:2);

“Genk” (Belçika) – “Slaviya” (Praqa, Çexiya) – 1:4, (0:0);

“İnter” (İtaliya) – “Rapid” (Vyana, Avstriya) – 4:0, (1:0);

“Betis” (İspaniya) – “Renn” (Fransa) – 1:3, (3:3).\

Etikxeber.az

Read Previous

Sumqayıtda avtobus qəzasında yaralananların sayı 42-yə çatdı – YENİLƏNİB – (1)

Read Next

“Mənim ölkəmi ikiyə bölən təmas xətti…” – BAHAR MURADOVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir